Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney azərbaycanlı fəal Məhəmməd Mahmudinin məhkəməsi keçirilib
Güney azərbaycanlı fəal Məhəmməd Mahmudinin məhkəməsi keçirilib |
“Rejimə qarşı təbliğat aparmaq” və “qanunsuz Gamac təşkilatına üzv olmaq”da ittiham olunan güney azərbaycanlı milli-mədəni fəal Məhəmməd Mahmudinin məhkəməsi keçirilib.
Fəal mayın 13-də Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə edilib. Məhkəmənin sədri Avropa Birliyinin 2013-cü ildə İrana qarşı tətbiq etdiyi sanksiya siyahısında yer alan Rəhim Həmlbərdir. Məhəmməd Mahmudi 2019-cu ilin noyabr ayında benzinin qəfil bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər fəalla birlikdə Təbrizdə saxlanılmışdı. Milli fəal 100 günə yaxın İranın təhlükəsizlik təşkilatına məxsus həbsxanalarında saxlanıldıqdan sonra 600 milyon tümən dəyərində mülki vəsiqə qarşılığında fevralın 26-da müvəqqəti olaraq sərbəst buraxılıb. Məhkəmə iclasında Mahmudinin milli fəal Abbas Lisani ilə əlaqəsi “qanunsuz Gamac təşkilatına üzv olmaq” ittihamına sübut olaraq irəli sürülüb. Halbuki, Abbas Lisani daha öncə Ərdəbildə keçirilən məhkəmədə “GAMAC qrupunu yaratmaq” ittihamından bəraət qazanıb. Qeyd edək ki, 2009-cu ildə Amsterdam şəhərində 12 maddəlik nizamnamənin qəbul edilməsi ilə fəaliyyətə başlayan GAMAC Təşkilatı nizamnaməsinin 8-ci bəndində təhlükəsizlik məsələləri ilə əlaqədar İran sərhədlərinin içində hər hansı üzv və ya nümayəndəsinin olmayacağını qeyd edib. Geri dön |