Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Livanlaşacaq Azərbaycan
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Livanlaşacaq Azərbaycan

Livanlaşacaq Azərbaycan


Oktay Hacımusalı

Bayağı tolerantlığımız və İran sevgisi axında bizləri “LİVAN" laşdıracaq
Rufiz Hafizoğlu


Bir anlığına düşünün: küçədə heç nədən xəbərsiz bir şəkildə gedirsiniz və qəflətən bədəninizdə küt bir ağrı hiss edirsiniz. Və dalınca ağrılar... ağrılar... ağrılar... “Bir kafiri də cəhənnəmə vasil etdik” – deyən iki – üç saqqallı. Bütün bunları gözünü çevirib ötəri də olsa görürsünüz. Üz – üzə, göz – gözə canınızı tapşıracağınız məqamda bu da kürəyinizdə növbəti ağrı. Sevdiyiniz, uğrunda canını verdiyiniz insanlar uzağı qırx gün xatırlayacaq sizi. Və həmən arxasından bir nəfər çıxıb bütün Azərbaycanda yaşayan müsəlmanları səmimiqəlbdən, sidq – ürəkdən təbrik edəcək ki, bir kafiri də belə vasil elədik Cəhənnəmə! Sabah haqqı demək, ya da ən azından gördükləri qarşısında susmamaq istəyən aydınlar, ziyalılar da susmağa məcbur olacaqlar. Çünki, birinin hələ evi yoxdur, birinin uşaqları balacadır, birisi gözlərini yumub açana kimi maşınını dəyişib yeni konfortlu maşın almaq eşqindədir. Və bölünən, parçalanan, durmadan beyin köçünə məruz qalan, saqqalı uzanan, balağı ilə bərabər ağlı, zəkası, dünyaya baxış bucağı sürətlə qısalan bir məmləkətdə yaşamağın verdiyi acı guya kimin umrundadır ki?

Son nəfəsinizi verəndə üz – üzə, göz – gözə gəldiyiniz həmin şəxs sizin qardaşınız, əminiz oğlu, dayınız oğlu da ola bilər və bunun olması da olduqca təbiidir. Çünki, onların ağaları bu məmləkətdə deyil, bu məmləkəti sevmir, bütün səyləri sadəcə və sadəcə öz iyrənc məqsədləri naminə ölkəmizin ərazi bütövlüyünü, dövlətçiliyini heçə saymaqdan ibarətdir.
“Livanlaşacağıq” – dedik, balaca bir nümunə ilə durumun nə qədər dəhşətli və faciəli olduğunu sizlərin gözlərinin qarşısına gətirməyə çalışdıq. Bu haqda saatlarla deyə, danışa bilərik, amma bu bizə çıxış yolu lazımdır...

Bəs çıxış yolu?

Məsələni konkret qoyaq və gəlin cavab axtaraq: İslamçı radikal təriqətlərin Azərbaycanda sürətlə özünə tərəfdar toplamasıının səbəbləri nələrdir? Niyə ölkəmizdə irtica düşüncəsinin qarşısını almaq mümkün deyil? Və bir - birinə adətən düşmən kəsilən bu qrupların bir sistem altında toplamaq mümkün deyil? Niyə dini camaatlar, təriqətlər hətta Sovet dövründə olduğu kimi bir – birinə qarşı açıqürəklə davranmır? Sualları çox uzatmaq olar. Cavab isə sadədir: Azərbaycanın vahid dini modeli yoxdur! Bu isə, insanların inanc sistemində yaranan mənəvi boşluqlardan istifadə edən bu radikalların zamanla güclənməsinə səbəb olur. Bu radikallar sadəcə qələm sındırmaq, hökm vermək kimi ritualları həyata keçirirlər. Özləri də bilirlər ki, bu uzun müddət davam etməyəcək. Sabah, biri gün on il bundan əvvəlki qulaqdandolma fikirlərə inanan Azərbaycan insanı mövcud olmayacaq. Sürətlə həyatımıza daxil olan texnika və texnologiya bizim informasiyaya daha yaxın olmağımızı təmin edir. Bu məqamda hansı vətəndaşımız hansısa ərəb şeyxinin, ya hansısa ayətullanın fikrinə niyə arxalanmalıdır ki? Elə isə gəlin öz din alimlərin formalaşmasını təmin edək. Bu zaman inanıram ki, ölkəmiz sürətlə Livanlaşmayacaq...
Livanlaşan Azərbaycandan xilas təkcə bir yoldan keçir: elmə söykənən İslamı cəmiyyətə təqdim etmək! Insanların içində xof yox, İslama qarşı sevgi yaratmağı bacarsaq, o zaman ölkəmizin başı üzərində fırlanan bu qara buludlar tezliklə uzaqlaşacaq. Axı, İslam terror yox, sevgi dinidir!

Geri dön