Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbriz Şəhər Şurasının üzvü azərbaycanlı dilənçilərin Tehrana üz tutması iddiasını “çirkin” adlandırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbriz Şəhər Şurasının üzvü azərbaycanlı dilənçilərin Tehrana üz tutması iddiasını “çirkin” adlandırıb

Təbriz Şəhər Şurasının üzvü azərbaycanlı dilənçilərin Tehrana üz tutması iddiasını “çirkin” adlandırıb


Təbriz Şəhər Şurasının üzvü Firidun Babai Əqdəm Tehran Bələdiyyəsi rəsmisinin azərbaycanlı və təbrizli dilənçilərin Tehrana üz tutması iddialarını “çirkin” adlandıraraq Tehran Bələdiyyəsinin səlahiyyətlilərini təhqiramiz ifadələr sərf etmək əvəzinə vəzifələrini düzgün yerinə yetirməyə çağırıb.





Bir neçə gün əvvəl İran Prezidenti Həsən Ruhani Təbrizin dilənçisiz şəhər olmasını təqdir edərək başqa şəhərlərin məsullarını Təbrizdən nümunə götürməyə çağırmışdı.





Buna cavab olaraq Tehran Bələdiyyə İdarəsinin rəsmisi Seyid Malik Hüseyni paytaxtın istixanalarında yaşayanların çoxunun Azərbaycan və Təbrizdən Tehrana gedən insanlar olduğunu, Təbrizdə dilənçilik probleminin təmamilə həll olunmadığını, əksinə bu problemin Təbrizdən Tehrana köçürüldüyünü iddia etmişdi.





Təbriz Şəhər Şurasının üzvü Firidun Babai Əqdəm yerli “Şəms” xəbər saytına verdiyi müsahibədə bu kimi təhqiramiz ifadələrin azərbaycanlıları narahat etdiyini xatırladıb.





Şuranın Memarlıq və Şəhərsalma Komissiyasının sədri həmçinin əlavə edib ki, həmin vəzifəli şəxs iddiasını sübut edəcək sənəd təqdim etməlidir.





“Bu kimi ifadələr məsuliyyətsiz və emosionaldır. Cənablar çatışmazlıqları aradan qaldırmaq və vəzifələrini yerinə yetirmək əvəzinə bu cür çirkin iddialar irəli sürürlər. Paytaxt təkcə tehranlılara aid deyil və İranın vitrini sayılır. Məmurların səhlənkarlığı səbəbindən Tehrana səfər edən turistlər xoşagəlməz mənzərələrlə qarşılaşır”- deyə o artırıb.





Babai Əqdəm həmçinin qeyd edib ki, azərbaycanlıların Həsən Ruhaninin etirafına və təriflərinə ehtiyacı yoxdur və Təbriz bütün İranda “dilənçisiz şəhər” olaraq tanınır.





Qeyd edək ki, Təbrizdə aztəminatlı ailələri himayə edən xeyriyyə cəmiyyətləri fəaliyyət göstərir. Xeyriyyəçi azərbaycanlılar tərəfindən maliyyələşdirilən bu qurumlar şəhərdəki dilənçiləri siyahıya alıb və fərdi qaydada bu insanlarla iş aparılır və yardım göstərilir.

Geri dön