Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şirazda iki bəhai 6 il həbsə məhkum edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şirazda iki bəhai 6 il həbsə məhkum edilib

Şirazda iki bəhai 6 il həbsə məhkum edilib


İranın Fars əyalətinin Şiraz şəhərində 2 bəhai uzunmüddətli həbsə məhkum edilib.



İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Şiraz məhkəməsi, bəhai dininə mənsub olduqlarına görə, bəhailər Sudabə Həqiqət və İlahə Səmizadəni 6 il həbs cəzasına məhkum edib.



Bəhai müttəhimlər “sistemə qarşı təbliğat aparmaqda” və “rejimə müxalif qüvvələrlə əməkdaşlıqda” günahlandırılıb. Məhkəmənin qərarı ilə bağlı iclas, müttəhimlərin iştirakı olmadan keçirilib və məhkəmə zalına yalnız onların vəkilləri buraxılıb.



Bildirilir ki, məhkəmənin qərarı apellyasiya məhkəməsi tərəfindən təsdiq edilsə, Sudabə Həqiqət və İlahə Səmizadə barələrində çıxarılan həbs müddətinin ən azı 5 ilini çəkməli olacaqlar.



Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının ana yasası, bəhai dinini müstəqil bir din kimi tanımır. Məhz həmin görə də, son 41 il ərzində İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.







İranda hakimiyyətdə təmsil edilən radikal ruhanilərin təhriki ilə rejimə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə qədər, yüzlərlə bəhai əsassız ittihamlarla edam edilib.

Geri dön