Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda daha 48 nəfər koronavirusdan ölüb, 2102 yeni “Covid-19” xəstəliyinə yoluxma faktı qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda daha 48 nəfər koronavirusdan ölüb, 2102 yeni “Covid-19” xəstəliyinə yoluxma faktı qeydə alınıb

İranda daha 48 nəfər koronavirusdan ölüb, 2102 yeni “Covid-19” xəstəliyinə yoluxma faktı qeydə alınıb


İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bu gün mediaya açıqlamasında ölkədə koronavirus qurbanlarının yeni statistikasını açıqlayıb.



Cahanpur deyib ki, son bir gün ərzində İranda daha 48 nəfər koronavirusdan ölüb, 2102 yeni “Covid-19” xəstəliyinə yoluxma faktı aşkar edilib: “Bununla da dünəndən bu günə qədər ölkədə koronavirusdan ölənlərin ümumi sayı 6902 nəfərə, infeksiyaya yoluxanların ümumi sayı isə 116 min 635 nəfərə yüksəlib.



Xoşbəxtlikdən xəstəlikdən tam sağalıb evə buraxılanların sayı da artaraq, 91 min 836 nəfərə çatıb.



Təəssüflər olsun ki, hazırda koronavirusa yoluxanlardan 2727 nəfərinin durumu ağırdır və bu xəstələr xüsusi rejimli xəstəxanalarda saxlanılırlar” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur pandemiya qurbanlarının statistikanı yayarkən bildirib.

Geri dön