Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > COVID-19: Uşaqlarda yeni koronavirusla əlaqəli sirli xəstəlik yaranması ilə bağlı xəbərdarlıq
COVID-19: Uşaqlarda yeni koronavirusla əlaqəli sirli xəstəlik yaranması ilə bağlı xəbərdarlıq |
Fransada martın 1-dən mayın 12-dək COVID-19 virusu ilə əlaqəsi olmaqda şübhəli bilinən naməlum xəstəliyə yoluxan 125 uşaq qeydə alınıb.
Bu haqda Fransa Dövlət Səhiyyə Agentliyi məlumat verib. Bildirilib ki, bu sirli yeni xəstəliyin əlamətləri Kavazaki xəstəliyinin əlamətləri ilə oxşardır. Agentliyin məlumatında qeyd olunub ki, bu atipik uşaq sistematik xəstəliyin COVID-19 ilə əlaqəli olduğu təsdiqlənib. Bu naməlum xəstəliyə yoluxan uşaqların 52 faizinin Sars-CoV-2 virusuna analizi pozitiv olub. “Klinik təzahürlər 72 xəstədə miokardit olan, 47 xəstə üçün isə miokardit olmayan sistemik iltihab sindromlarından ibarətdir. 6 xəstə isə hələ də analizlərinin cavabının gözləyir”, - deyə Fransa Dövlət Səhiyyə Agentliyindən bildirilib. Coğrafi bölgüyə gəlincə isə xəstələrin yarısı (73) İl-dö-Fransda (İl-de-France) qeydə alınıb. Bildirilib ki, artıq ABŞ səhiyyə rəsmiləri də COVID-19 ilə əlaqəli uşaqlara təsir edən iltihablı bir xəstəlik barədə səhiyyə mütəxəssislərinə xəbərdarlıq edib. Qeyd edilib ki, bu naməlum xəstəliyin sindromlarının nadir patologiya olan Kavazaki xəstəliyinin əlamətlərinə oxşayır. İl-dö-Frans regionunda xəstə uşaqlarda bir neçə gün qızdırma, qarın nahiyəsində ağrılar, bəzən dəri səpkiləri müşahidə olunan xəstəlik nəticəsində ürək və qan dövranı çatışmazlıqları yarandığı təsdiqlənib. Geri dön |