Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azər Rövşən: ”Bizim yolumuz azadlıq, mubarizə yoludur”- Müsahibə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Azər Rövşən: ”Bizim yolumuz azadlıq, mubarizə yoludur”- Müsahibə

Azər Rövşən: ”Bizim yolumuz azadlıq, mubarizə yoludur”- Müsahibə


Müsahibimi, Hamburq Azərbaycan Mədəniyyət Cəmiyyətinin rəhbəri, fəal diasporçu Azər Rövşəndir.


- Azər bəy, Güney Azərbaycanda gedən hadisələri necə dəyərləndirirsiniz?



- Azərbaycanımız Güneyində cərəyan edən hadisələr illər boyu orada ağır şərtlər altında yaşayan və hər zaman buna etiraz edən bacı, qardaşlarımızın fədakarlığı nəticəsində, eləcədə xalqımızın qəlbində azadlıq qığılcımını alovlanması yolunda həyatları bahasına olsa belə, sonuna qədər bu şərəfli yoldan dönməyib və mübarizəni davam etdirən öncüllərin yorulmadan fəaliyyətlərinin nəticəsi kimi dəyərləndirirəm.



- Son günlər beynəlxalq ictimaiyyətdə Güneyə diqqət artmaqdadır. Sizcə, bu nə ilə bağlıdır?



- Dünyada gedən siyasi proseslər təkcə Güneyə deyil, bütövlükdə bu coğrafiyaya yaxın olan ölkələrə də təsirsiz ötüşməyəcək, bunuda beynəlxalq ictimayyət və qurumlar görməməzdikdən gəlməsi mümkün deyildir. Mən hesab edirəm ki, bu cür ciddi məsələlərdə haqları tapdanan xalqın yanında olmaq lazımdır və çox önəm kəsb edir. Bu gələcəkdə də ictimayyətin beynəlxalq qurumlara inamını artmasına xidmət edər, soydaşlarımız öz müqəddəratını tezliklə həlli üçün adımların atılması sürətləndirər. Böyük bir selin qarşısını almaq üçün, ona çox vaxt möhkəm bəndləri belə yardım edə bilmir.

Burada isə bir millətin bir xalqın müqəddəratından var olmasından söhbət gedirsə sizcə bunun önünü kimlərsə kəsə bilərlərmi, əsla yox..



- Beynəlxalq ictimaiyyət Güneyin azadlığına hazırdırmı?



- Sözsüz ki, tarix boyu azadlığına qovuşan hər bir millət üçün bu an hər zaman qürur mənbəyi olub. İnanıram ki bizimdə qürur hissi ilə Güneyli Qüzeyli azadlıq hissi keçirməmiz çoxda uzaqda deyil. Ancaq unutmamalıyıq ki, Güneyin azadlığına qovuşmasını istəyənlər olsada belə istəmiyən düşmən qüvvələrdə çalışırlar ki, buna imkan verilməsin. Fədakar xalqın qarşısında isə, bayaq qeyd etdiyim kimi heç bir qüvvə dayanamaz. Beynəlxalq ictimayyət isə hər zaman mübariz və fədakar xalqı qəbul edib, onu nümunə gətirib. Hər bir xalq öz yolunu özü seçir, biz isə seçimimizi çoxdan etmişik. Bizim yolumuz azadlıq, mubarizə yoludur.
Sonda Bütov Azərbaycan xalqının lideri Əbülfəz Elçibəyin bir gözəl sözü ilə tamamlamaq istədim:
Orda bir yol var uzaqda,

O yol bizim yolumuzdu,

dönməsək də, varmasaq da,

o Yol bizim Yolumuzdu!



Söhbətləşdi: Elnur Eltürk

Geri dön