Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Sosial şəbəkədə güney azərbaycanlı siyasi məhbuslara dəstək məqsədilə posterlər yayılıb
Sosial şəbəkədə güney azərbaycanlı siyasi məhbuslara dəstək məqsədilə posterlər yayılıb |
Güney azərbaycanlılar həbsdə saxlanılan üç milli-mədəni fəala dəstək məqsədilə ictimai şəbəkələrdə posterlər paylaşıblar.
Həbsdə saxlanılan güney azərbaycanlı fəallar Lətif Həsəni, Abbas Lisani və Tövhid Əmir Əmininin şəkillərini özündə əks etdirən posterdə "FREE ALL POLITICAL AZERBAIJAN'S PRISONERS" (Azərbaycanın bütün siyasi məhbusları azad edin) şüarı yazılıb. Koronavirus infeksiyası ilə əlaqədar bir neçə güney azərbaycanlı milli-mədəni fəal məzuniyyətə buraxılsa da beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq Lətif Həsəni, Abbas Lisani və Tövhid Əmir Əmini kimi milli-mədəni fəallar hələ də həbsxanadan məzuniyyətə buraxılmır. Lətif Həsəni hazırda Kərəcin Rəcayişəhr zindanında məhkum edildiyi 9 illik həbs cəzasını çəkməkdədir. Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsi 2013-cü il aprelin 29-da Həsənini qanunsuz qrup yaratmaq ittihamı ilə 8 il və sistemin əleyhinə təbliğ ittihamı ilə 1 il həbs cəzasına məhkum edib. Bu günə qədər siyasi məhbuslara aid olan bütün qanuni hüquqlarından məhrum edilən Həsəni 8 ildir ki, zindanda saxlanılır və məhkəmə onun şərti azadlığa buraxılmasını təmin etmir. Hazırda Ərdəbil zindanının 7-ci bölümündə saxlanılan tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani müxtəlif əsassız ittihamlarda, o cümlədən, qanunsuz qrup yaratmaq və onu idarə etməkdə günahlandırılaraq 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə apellyasiya məhkəməsi tərəfindən 15 ilədək uzadılıb. Beynəlxalq insan hüquqları qurumlarının tələbinə baxmayaraq 2019-cu il yanvarın 15-dən həbsdə saxlanılan Abbas Lisani hələ də həbsxanadan məzuniyyətə buraxılmır. Tövhid Əmir Əmini Beynəlxalq Ana Dili günü münasibəti ilə təbrik posterləri payladığına görə, 2019-cu il fevralın 20-də Tehranda saxlanılıb. Əmir Əmini milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmədə günahlandırılaraq 7.5 il azadlıqdan məhrum edilib. İranın təhlükəsizlik orqanları milli fəalın məzuniyyətə buraxılmasına icazə vermir. Geri dön |