Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Neftin qiymətinin düşməsi və iqtisadi böhran İran rejimi üçün vəziyyəti daha da pisləşdirib.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Neftin qiymətinin düşməsi və iqtisadi böhran İran rejimi üçün vəziyyəti daha da pisləşdirib.

Neftin qiymətinin düşməsi və iqtisadi böhran İran rejimi üçün vəziyyəti daha da pisləşdirib.


Le Monde: Neftin qiymətinin düşməsi və iqtisadi böhran İran rejimi üçün vəziyyəti daha da pisləşdirib.

Fransanın Le Monde qəzeti, iqtisadi böhranın İran rejiminə təsirləri barədə məlumat verərək, "Neft qiymətlərinin düşməsi ilə birgə, bölgədə Korona böhranından ən çox etkilənən İran rejimindəki iqtisadi böhran daha da ağırlaşıb" dedi.

İran rejiminin artan təcridini şərh edən Le Monde əlavə etdi: "İran rejimi hətta Rusiyanın dəstəyini böyük dərəcədə itirib və Avropa, xüsusən də Fransa getdikcə İran rejimindən uzaqlaşır." İqtisadi çöküş İran rejiminin quruluşunu sarsıb və Vaşinqtonda əsas görüş İran rejiminin mövcud böhrandan canını qurtara bilməməsidir.

Başqa bir gəlişmədə dünən ABŞ Dövlət Departamentinin İranla əlaqəli xüsusi nümayəndəsi Brian Hook, İran silah embarqosunun 2020-ci ilin oktyabrından sonra uzadılmasa, ABŞ-ın, İran rejiminə qarşı bütün BMT sanksiyalarının bərpası üçün hərəkətə keçəcəyini söylədi.

Wall Street Journal-da yaydığı bir məqalədə Brian Hook yazdı ki, Vaşinqton hər halda İranın silah embarqosunun yerində qalmasını təmin edəcəkdir. O, ABŞ Təhlükəsizlik Şurasının qətnaməsinin layihəsini hazırladığını və diplomatiya ilə irəli addım atdığını və dəstək aldığını söylədi.

ABŞ Dövlət katibi də dünən belə dedi: "İran xalqı da bilir ki, öz qaynaqlarını və pullarını hədərə vermək və İranlıların Suriyada həyatlarını itirmək, xüsusən İran iqtisadiyyatı aşağı neft qiymətləri və korona virusundan əziyyət çəkdiyi bir zamanda, qaynaqları istifadə etmənin yaxşı yolu deyil."

Pompeo əlavə etdi: "İnanırıq ki, apardığımız proqramımızla, yəni maksimum təzyiq kampaniyası ilə İran rejimini dünyada terrorizmi yaymaq üçün lazım olan qaynaqlardan məhrum etməyimiz təsirli olub."

ABŞ dövlət katibi əlavə etdi "Ümid edirik ki, İran rejimi Suriyadan çəkilər və altı milyon insanın didərgin düşməsi və on minlərlə insanın ölümü ilə nəticələnən terrorizm kampaniyasına son qoymaqla ağıllı bir qərar verər." İran rejiminin fərqli bir qərar verəcəyini və Suriyanı ən qısa müddətdə tərk edəcəyini ümid edirik" deyə söylədi.

Geri dön