Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Başqalarına köləlik edənlər öz dövlətinə böyüklük iddiasında olmasınlar - ŞƏRH ÖZƏL
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Başqalarına köləlik edənlər öz dövlətinə böyüklük iddiasında olmasınlar - ŞƏRH ÖZƏL

Başqalarına köləlik edənlər öz dövlətinə böyüklük iddiasında olmasınlar - ŞƏRH ÖZƏL


“Milli Şuranın nə bir ideoloji əsası, nə də milli hədəfləri var idi. Bu qurum sadəcə olaraq kənar qüvvələr tərəfindən quraşdırılmış və ölkəmizə qarşı fəaliyyət göstərən bir qurum idi. Bunu kimsə gizlədə bilməz, artıq təsdiq olunub. Bildiyiniz kimi prezident seçkiləri zamanı Moskvada Cərrahiyə İnstitutunda yaradıblar bu qurumu. O zaman orada iştirak edənlərlər bağlı Prokurorluq iş açıb. Bu qurumun yaradılması ilə ölkədə qarışıqlıq salmaq istəyirdilər. Xarici ölkənin vətəndaşı olan Rüstəm İbrahimbəyovu da prezidentliyə namizəd kimi təqdim etmək istəyirdilər. Ona paralel də bir Milyarderlər İttifaqı yaratmışdılar ki, onların maddi dəstəyini ala bilsinlər”. Bunu SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

Partiya sədrinin sözlərinə görə, onların ölkəmizdə kənardan qarşıqlıq salmaq istəyən qüvvələr olduqları aydın məsələdir: “Hesab edirəm ki, bu proyekt baş tutmadıqdan və cəmiyyətdən dəstək almadıqda onlar onsuz da iflasa uğrayıblar. Düzdür Azərbaycan tərəfi müəyyən səbəblərdən onları cəzalandırmadılar. Mənim fikrimcə əhəmiyyət verilmədi, çünki onlar ifşa olduqları üçün ele bir təhlükələri də yox idi. Hesab edirəm ki, bu cür məsələlərə qarşı həm cəmiyyətin qınağı, həm də hüquq qarşısında cavabdehlik olmalıdır. Bütün bunlara görə, o dönəmdən artıq Milli Şura məsələsi bitib və öz aralarında bir lider yox idi. Hərə özündən müştəbeh şəkildə danışır. Əgər bir qurum nə bələdiyyə, nə parlament, nə də prezident seçkilərində aralarından bir nəfər tapıb namizəd verə bilmirsə, artıq bu qurumun vəziyyətini gözlər önünə qoyur”.

F.Quliyev vurğulayıb ki, siyasi mühitdə iştirak edə bilmək üçün gərək biraz ağıl olsun və zəka, platforma savaşına girə biləsən, alternativlər verməyi bacarasan: “Bunların heç biri bu qurumda yoxdur. Ən əsası isə onların arxasında xalqın dəstəyi yoxdur. Kənardan maliyyə dəstəyi alaraq, kənar iradənin Azərbaycanda üstün olmasına çalışıblar. İndisə araların pul savaşı var. Özləri də bu məsələlərlə bağlı danışırlar və çox böyük məbləğlərdən söhbət gedir. Qrant savaşları var və bir-birlərinə qarşı çox ciddi iradlarla çıxış edirlər. Bu yaxınlarda da onların bir sıra məsələrlə bağlı müzakirəsi təsadüfən canlı yayıma gedib. Bununla da onları səviyyələri tam mənası ilə ortaya çıxıb. Bu məsələ gözlənilən sonluq idi, ona görə də mən heç təəccüblənmədim. Öz növbəmdə isə Azərbaycan cəmiyyətinə müraciət etmək istərdim ki, xalqa arxalanan şəxsi və xalqın istəklərini iş başına gətirmək lazımdır. Xalqın qulluğunda durmaq lazımdır. Kənardan dəstək almaqla, kənar iradəni gətirməklə o cür şəxsləri hakimiyyətə gətirməyə çalışmaq xəyanətdir. Başqa dövlətlərə köləlik edənlər, öz dövlətlərinə böyüklük iddiasında olmasınlar”.

Müəllif: Aysel Məmmədova

Geri dön