Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 3660 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 3660 nəfərə çatıb

Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 3660 nəfərə çatıb


İranın Qərbi Aərbaycan əyalətində koronavirusa yoluxanların sayı 3660 nəfərə çatıb.



Bu barədə, Qərbi Aərbaycan Tibb Elmləri Universitetinin rektoru Cavad Ağazadə Mediaya açıqlamasında məlumat yayıb.



Ağazadə əyalətdə koronavirusa yoluxanların sayının artdığını bildirib: “Son bir gün ərzində “Covid-19” virusu daşıyıcısı olmaqda şübhəli bilinən 423 nəfərdən test nümumələri götürülüb və həmin şəxslər arasında 81 nəfərinin test analizlərinin cavabı müsbət çıxıb.



Bununla da, Qərbi Azərbaycanda koronavirus xəstəliyinə yoluxanların sayı artaraq 3660 nəfərə çatıb. Xoşbəxtlikdən xəstəlikdən sağalanların sayı da artaraq, 1595 nəfərə yüksəlib. İnfeksiyaya ən çox yoluxma halları isə Urmiya, Xoy və Qoşaçay şəhərlərinə məxsusdur.



Bir daha bildiririk ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün vətəndaşlar gigiyena qaydalarına riayət etməli, sosial məsafə qaydalarına ciddi yanaşmalı və qeyri-zəruri vaxtlarda evdən çıxmaqdan çəkinməlidirlər” -deyə, Qərbi Aərbaycan Tibb Elmləri Universitetinin rektoru Cavad Ağazadə bəyan edib.

Geri dön