Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Həsən Ruhani: "Tehranda vəziyyət hələ də böhranlıdır, amma Qüds günü maşınlar vasitəsilə keçiriləcək"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Həsən Ruhani: "Tehranda vəziyyət hələ də böhranlıdır, amma Qüds günü maşınlar vasitəsilə keçiriləcək"

Həsən Ruhani: "Tehranda vəziyyət hələ də böhranlıdır, amma Qüds günü maşınlar vasitəsilə keçiriləcək"


İran prezidenti Həsən Ruhani koronavirusun yayılması səbəbindən Tehranda vəziyyətin hələ də böhranlı olduğunu bəyan edərək, müvafiq dövlət qurumlarını infeksiya ilə bağlı xalqı maarifləndirməyə çağırıb.



O, Koronavirusla Mübarizə üzrə Milli Qərargahın bu gün keçirilən iclasında etidiyi çıxışı zamanı ölkədə infeksiyanın müalicəsi prosesində uyğunsuzluqların olmasını tənqid edib və Səhiyyə Nazirliyinə bu istiqamətdə vahid protokol tətbiq etməyi tapşırıb.



Ruhani vəziyyətin böhranlı olması səbəbindən bu il Tehranda "Qüds günü"nün insanların maşınlarda hərəkəti vasitəsilə keçiriləcəyini deyib.



Ruhani həmçinin qeyd edib ki, vəziyyətin nisbətən "yaxşı" olduğu 218 şəhərdə fitr bayramı namazı və "Qüds günü" yürüşünə müəyyən dəyişikliklərlə icazə verilib. Belə ki, namaz məscidlərin həyətində, açıq məkanda və izolyasiya tədbirlərinə uyğun olaraq keçirilməlidir. "Qüds günü" yürüşləri də yalnız cümə namazları keçirilən ibadət məkanlarının həyətlərində təşkil ediləcək.



İran prezidentinin sözlərinə görə, Koronavirusla Mübarizə üzrə Milli Qərargahının qərari ilə "hərəm"lər və digər dini ziyarət komplekslərinin yenidən açılması ramazan ayından sonraya nəzərdə tutulub. Lakin hazırda onların həyətlərinə girişə 3 saat səhər, 3 saat isə günorta olmaqla, girişə icazə veriləcək. O, həmçinin İranda universitetlərin iyunun 6-dan yenidən açılacağını bəyan edib.



Ruhani sonda yenə də koronavirusun yayıldığı ilk günlərdən bu günlərədək ölkədə xüsusi karantin rejimi və məhdudiyyətlərin tətbiqi ilə bağlı səsləndirilən çağırışları "düşmənin məkrli planı" ilə bağlayıb.

Geri dön