Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın təhsil naziri: “Şagirdlərin yalnız 10-15 faizi məktəbə gəlib dərslərə qatılıblar”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranın təhsil naziri: “Şagirdlərin yalnız 10-15 faizi məktəbə gəlib dərslərə qatılıblar”

İranın təhsil naziri: “Şagirdlərin yalnız 10-15 faizi məktəbə gəlib dərslərə qatılıblar”


İranın təhsil naziri Möhsün Hacı Mirzayi mayın 17-də mediaya açıqlamasında ölkədə koronavurusun yayılması səbəbilə iki ay tətil edilən ibtidai və orta məktəblərin öz fəaliyyətini yenidən bərpa etməsindən danışıb.



Məktəblərin oktabr ayından başlayaraq yenidən bağlanılacağı ilə bağlı yayılan xəbərləri “şayiə” adlandıran nazir deyib ki, İranda məktəblər dünəndən (mayın 16-da) yenidən açılıb: “Lakin Koronavirusa qarşı Milli Mübarizə Qərargahının qərarına əsasən, şagirdlərin məktəbə gəlib dərslərə qatılması zəruri və vacib sayılmır. Şagirdlər yalnız dərslə bağlı problemlərini həll edib aradan qaldırmaq üçün məktəbə gəlib müəllimlərindən yardım istəyə bilərlər.



Hazırda isə, məktəblərin açılışından sonra şagirdlərin yalnız 10-15 faizi məktəbə gəlib dərslərə qatılıblar.



Həmçinin, bizə daxil olan məlumatlara əsasən, ölkədə koronavirus xəstəliyi yayıldığı vaxtda bir sıra məktəblər şagirdlərə bəzi xidmətlərin göstərilməsi qarşılığında valideynlərdən pul alsalar da, nə vəd etdikləri xidməti göstətiblər, nə də aldıqları pulu onlara qaytarıblar. Bu problem həll olunmalı və məktəblər şagird valideynlərindən aldıqları pulu geri qaytarmalıdırlar” -deyə, İranın təhsil naziri Möhsün Hacı Mirzayi mediaya açıqlamasında bəyan edib.

Geri dön