Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Koronavirus pandemiyası haqqında tədqiqatlarla bağlı onlayn konfransa tezis qəbulu davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Koronavirus pandemiyası haqqında tədqiqatlarla bağlı onlayn konfransa tezis qəbulu davam edir

Koronavirus pandemiyası haqqında tədqiqatlarla bağlı onlayn konfransa tezis qəbulu davam edir


Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin, eləcə də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda onlayn konfransa tezis qəbulu davam edir.

Akademiyadan bildirilib ki, konfrans “Yeni pandemiya və epidemiya təhlükələrinin qarşısının alınmasında müasir elmi biliklərin və innovativ texnologiyaların tətbiqi”, “Beynəlxalq əməkdaşlıq və milli biotəhlükəsizlik çağırışları”, “Təkamül və epidemiologiya, gələcək risklər”, “Viral müxtəliflik, koronaviruslar dünyası, onların təkamül dinamikası”, “Yeni koronavirusların yaranması və onlara qarşı immunitetin inkişafı üçün populyasion genom tədqiqatları” mövzularını əhatə edəcək. Eyni zamanda, “COVID-19 pandemiyasının diaqnostika və müalicə üsulları”, “Viruslara qarşı mübarizədə peyvəndlərin, antiviral dərmanların, bitki təbiətli birləşmələrin tətbiqi”, “Epidemik alovlanmaların proqnozlaşdırılması, riyazi modellər”, “Pandemiyalar və bioetik problemlər”, “Mikrobiologiya, virusologiya və molekulyar biotexnologiya elmlərinin inkişaf perspektivləri” mövzuları üzrə müzakirələr aparılacaq.

Konfransda çıxış etmək istəyənlər tezislərini afig.mammadov@gmail.com elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində “COVID-19 – konfrans” sözlərinin yazılması tələb olunur. Tezislər “Microsoft Word” A4 formatında, Arial pt 12 şrifti ilə sətirlərarası 1.15 interval qoyulmaqla 1 səhifə həcmində olmalıdır.

Geri dön