Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbildə koronavirusa yoluxanların sayı 2180 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbildə koronavirusa yoluxanların sayı 2180 nəfərə çatıb

Ərdəbildə koronavirusa yoluxanların sayı 2180 nəfərə çatıb


Güney Azərbaycanın Ərdəbil əyalətində koronavirus infeksiyasına yoluxanların sayı 2185 nəfərə çatıb.





Ərdəbil Tibb Universitetinin rəisi Şəhram Həbibzadənin verdiyi məlumata görə, əyalətdə son 24 saatda 45 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.





Ötən gün daha bir nəfərin infeksiyadan öldüyünü bildirən Həbibzadə, xəstəliyin qurbanlarının ümumi sayı haqqında məlumat verməkdən imtina edib.





Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində də son 24 saatda 91 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların ümumi sayının 3830 nəfərə çatdığını bildirib. Ağazadənin sözlərinə görə, xəstəliyə yoluxanlardan 1605 nəfər tam sağalaraq evlərinə göndərilib.





Ağazadə infeksiyadan ölənlərin sayının 192 nəfərə çatdığını deyib.





Güney Azərbaycanın Zəncan əyalətində də rəsmi açıqlamalara görə, koronavirus infeksiyasına yoluxanların sayı 1098 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha dörd nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 117 nəfərə çatıb. Qızılbaş xəstəliyə yoluxanlardan 910 nəfərinin tam sağaldığını bildirib.





Güney Azərbaycanın Həmədan, Şərqi Azərbaycan, və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamayıb.

Geri dön