Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: "Milli Şura tamamilə səviyyəsiz bir qurumdur"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: "Milli Şura tamamilə səviyyəsiz bir qurumdur"

Fərəc Quliyev: "Milli Şura tamamilə səviyyəsiz bir qurumdur"


Milli Dirçəliş Hərəkatı Partiyasının Fərəc Quliyev özlərini "Demokratik Qüvvələrin Milli Şurası” adlandıran qrupun videokonfrans vasitəsi ilə keçirdikləri iclaslarına münasibət bildirib.

O AZXEBER.COM-a açıqlamasında deyib ki, videokonfransda səslənən fikirlər onu təəcübləndirməyib:

Məni bu məsələdə heç nə təəccübləndirmədi. Mən illərdir bildirirəm ki, "Milli Şura" xalqın yaratdığı və xalqı düşünən bir qurum deyil. 2013-cü ildə "prezident seçkiləri" adı altında yaranan bu qurum Moskvada Cərahiyyə İnstitunun akt zalında Rusiya Dumasının vitse-spikeri Valodinin iştirakı və təşkilatçılığı ilə yaranan bir qurumdur. Xarici dövlətlərin xidmətlərinə xidmət edən bir qurum idi. Onlar maliyyə dəstəyi almaq üçün "Milyarderlər ittifaqı" da yaratmışdılar. Belə qurumların yaranması və ayaq tutması pis ənənə yarada bilər. O vaxtı respublika prokurorluğunda cinayət işi açılmışdı, sonra nədənsə dayandırıldı.

Fərəc Quliyev deyib ki, bu qurumların qarşısı alınmalıdır:

"Bunların qarşısı alınmalıdır. Öz ölkəsinə, öz xalqına söykənən bir qurum hakimiyyətə gəlmək istərsə, bu normal məsələdir. Ancaq xaricdə yaradılıb, xaricin iradəsini ölkəyə gətirmək istəmək xəyanətdir. O dönəmdə bunların istək və məqsədləri bəlli idi. Son zamanlar isə müəyyən qədər texniki yanlışlıqlar etdilər ki, bununla da ifşa olundular.

Bundan sonra onların məqsədlərinin xalq olmadığı məlum oldu, məqsədə çatmaq üçün cəmiyyətdə ikrah doğuran davranışlardan belə istifadə etdilər. Nəticə olaraq Eldəniz Quliyev istefa verib onların arasından ayrıldı. Tamamilə səviyyəsiz bir qurum olduqlarını sübut etdilər. Aralarında lider yoxdur. Bir zamanlar toplanmışdılar. Ancaq aralarından bir lider tapa bilməyib, Rüstəm İbrahimbəyovu gətirib lider etmək istəyirdilər.

Bu qurum ideoloji maraqlara söykənmir. Bunun bir ideoloji hədəfi yoxdur. Bu qurumu o dönəm üçün maşa kimi yaratmışdılar. İndi pullları kəsildiyi üçün bir-birilərini xarici ölkələrdən qrant almaqda ittham edirlər. Son olaraq qeyd edə bilərəm ki, baş verən hadisələr məndə təəccüb doğurmadı.

Hesab edirəm ki, Azərbaycan cəmiyyəti üçün də dərs oldu ki, xalqın içindən çıxıb, xalqa maraqlarını ifadə etməyən adamlara dəstək vermək sonradan fəsad törədir. Baş verən son hadisələr cəmiyyət üçün fatdalı oldu. Belə ki, artıq hır kəs dərk etdi ki, kimin dalınca getmək olmaz. Ümumiyyətlə, başqa dövlətlərə kiçiklik edənlərin, Azərbaycan dövlətinə böyüklük etmək iddiası olmamalıdır".

Günel Hüseynli

Geri dön