Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstan COVID-19 əleyhinə peyvənd istehsalçısı oldu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Qazaxıstan COVID-19 əleyhinə peyvənd istehsalçısı oldu

Qazaxıstan COVID-19 əleyhinə peyvənd istehsalçısı oldu


Qazaxıstan alimləri koronavirusa qarşı peyvəndin preklinik sınaqlarına başlayıblar.



TASS xəbər verir ki, bu barədə ölkənin Respublika Təhsil və Elm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


“Ümumdünya Səhiyyə Təşkilatı Qazaxıstan alimlərinin inkişafını qeyd etdi və rəsmi veb saytında preklinik tədqiqatlara icazə verilən COVID-19 əleyhinə peyvənd namizədlərinin siyahısına əlavə etdi. Bu inaktiv peyvənd Qazaxıstan Təhsil və Elm Nazirliyi Elm Komitəsinin Bioloji Təhlükəsizliyi Araşdırma İnstitutunun işçiləri tərəfindən hazırlanıb”, - deyə məlumatda qeyd edilir.



Peyvənd respublikada virusa yoluxan insanlardan alınan virusun ştamı əsasında yaradılıb.



Nazirlikdən bildirilib ki, indi institutun alimləri bir sıra preklinik və klinik sınaqlar keçirməlidirlər. Beləliklə, Qazaxıstan rəsmi olaraq COVID-19 əleyhinə peyvəndlərin istehsalçılarından birinə çevrilib.

Geri dön