Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Təbriz Peşə Muzeyi” məsulların məsuliyyətsizliyi üzündən həmişəlik qapadıldı
“Təbriz Peşə Muzeyi” məsulların məsuliyyətsizliyi üzündən həmişəlik qapadıldı |
İran rejimi məsullarının laqeyd münasibəti nəticəsində “Təbriz Peşə Muzeyi” fəaliyyətini həmişəlik dayandırıb.
Azərbaycanın tarixi peşələrini özündə əks etdirən muzey üç il öncə təbrizli heykəltəraş və kolleksiyaçı Rza Sarabi Əqdəmin təşəbbüsü ilə fəaliyyətə başlamışdı. Təbriz Bələdiyyə İdarəsi və Şərqi Azərbaycan əyalətinin rəsmiləri ideyanı dəstəkləməyə söz versələr də əməldə mövzuya laqeyd yanaşdılar və ömrünü Təbriz və Azərbaycanın keçmişinə aid əsərlərin toplanmasına həsr edən kolleksiyaçı maliyyə öhdəliklərini yerinə yetirə bilməyərək həbsxanalıq oldu. İranın “Fars” xəbər agentliyinə verdiyi müsahibədə Sarabi Əqdəm muzeyi tətil etməkdən başqa ayrı çarəsinin qalmadığını bildirib. “Üç il əvvəl, Naxçıvanı qardaşları kimi böyük insanların yolunu davam etmək, gələcək nəsil üçün addım atmaq ümidi ilə tək başıma, heç bir qurumdan ən kiçik maddi dəstək almadan peşə muzeyini təsisi etdim”- deyən Sarabi Əqdəm rəsmilərin onun əməyindən faydalandıqdan sonra maliyyə vədlərinə əməl etmədiklərini, onu maddi problemlərlə tək başına buraxdıqlarını bildirib. O əlavə edib ki, bu müddətdə borclanıb, evini itirib və həbsə düşüb. Topladığı əşyaları İranın başqa şəhərlərinə köçürmək barədə əlverişli təkliflər aldığını deyən Sarabi Əqdəm Təbrizin tarixi mirasını heç zaman başqa yerə köçürmək istəmədiyini, mədəniyyət sahəsinə biznes və maddi gəlir vasitəsi kimi baxmadığını bildirib. “Şəhərimin mədəniyyətinin bir hissəsini münasib bir yerdə qoruyub saxlamağa çalışdım, lakin təəssüf ki, qarşıma qoyulan şərtlər artıq davam etmək gücümü alıb”- deyə o artırıb. Son üç ildə Peşə Muzeyində iki minə yaxın tarixi əsəri pulsuz nümayiş etdirdiyini bildirən Sarabi Əqdəm bu illər ərzində rəsmilərdən “boş vədlər və quru təşviqlərdən” başqa heç nə görmədiyini deyib. Məlumata görə, Sarabi Əqdəmin kolleksiyasında olan əşyalar heç bir muzeydə yoxdur. “Türkmənçay” müqaviləsindən sonra Qacar dövləti ilə Rusiya arasında çəkilən yeni sərhədlərin xəritəsi, Almaniya səfirliyindən əldə edilən əşyalar, müxtəlif dövrlərə məxsus silahlar və s. onun kolleksiyasının bir qismidir. Kolleksiyaya həmçinin, Hacı Məhəmməd Naxçıvanının möhürləri kimi dəyərli əşyalar daxildir. Geri dön |