Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ruhani: “Sistemin qalmasını və güclənməsini istəyiriksə, ölkədə 2-3 əsas partiya yaranmalıdır”
Ruhani: “Sistemin qalmasını və güclənməsini istəyiriksə, ölkədə 2-3 əsas partiya yaranmalıdır” |
İran prezidenti Həsən Ruhani mayın 18-də islahat tərəfdarı olan bir sıra siyasi fəallarla görüşərək ölkədə bir neçə mühüm partiyanın yaranıb fəaliyyətə başlamasının vacibliyindən danışıb.
İran İslam Respublikasının üzləşdiyi mövcud problemlərə toxunan Ruhani deyib ki, 2-3 yeni və əsas partiyanın yaradılması və onların növbə ilə ölkəni idarə etməsi artıq bir zərurətə çevrilib: “Hesab edirəm ki, ölkənin gələcəyini nəzərə alaraq, partiya yaratmaq fikrində olmalıyıq. Belə ki, əgər indiki sistemin qalmasını və daha da güclənməsini istəyiriksə, ölkədə 2-3 əsas partiya yaranmalı və həmin partiyalar növbə ilə ölkəni idarə etməlidirlər” -deyə, İran prezidenti Həsən Ruhani əlavə edib. Ruhani bundan əvvəl verdiyi açıqlamalarından birində hakimiyyətin yalnız bir qanadı ilə ölkəni idarə etmənin artıq mümkün olmadığını bildirmişdi. O, islahatçıların və onların tərəfdarlarının son parlament seçkilərində namizədliyinin kütləvi şəkildə qeydə alınmaması barədə xəbərdarlıq edərək, islam respublikası rejiminin bu siyasətdən ziyan görəcəyini vurğulamışdı. Qeyd edək ki, İran rejimi yalnız islam respublikasının konstitusiyasını qəbul edən və ölkənin dini lideri Əli Xamneyiyə tabe olan siyasi partiya və təşkilatlara fəaliyyət göstərmək icazəsi verir. Məhz həmin səbəbə görə də, son 41 ildə molla rejimini istəməyən, onu tənqid edən və ya əsl müxalifəti təmsil edən partiyalar və digər siyasi cərəyanlar hakim rejimin repressiyalarına məruz qalıb. Hazırda isə bu kimi partiyalar ölkədən kənarda öz fəaliyyətlərini davam etdirmək məcburiyyətinə qalıblar. Geri dön |