Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Müsahibə > Ömrünün 43-cü payızını yaşayan Şəhid - İbad Hüseynov
Ömrünün 43-cü payızını yaşayan Şəhid - İbad Hüseynov |
Döyüşün nəticəsi Qəhrəmanlığı göstərir
18 oktyabrda Azərbaycanın qəhərman oğlu İbad Hüseynovun 43 yaşı tamam olacaq. Bu münasibətlə onu təbrik etmək, onun keçirdiyi şərəfli döyüş yolundan danışmaq üçün Qəhrəmanın ünvanına yollandıq. Təvazökarlığı və səmimiliyi ilə seçilən İbad bəy həmişəki kimi, özündən çox döyüş yoldaşlarından danışdı. Müsahibimizin danışdıqca doyulmayan söhbətini oxuculara təqdim edirik. -İbad bəy, bu gün mətbuatda Qarabağ döyüşçüləri haqqında xeyli sayda yazılar gedir. Həmin döyüşlərin iştirakçısı kimi Sizin yadınızda qalan elə bir döyüş anı varmı ki, Siz həmin döyüşü xatırlayırsınız? -Döyüşlərin heç biri döyüşçünün xatirindən silinmir. Döyüşə girəndə sənin ağlında birçə fikir olur. Qalib çıxmaq və həmin döyüşdə ancaq özünü ölmüş görmək istəyirsən. Döyüşün qızğın çağında sağında və ya sölunda ölən və yaralanan yoldaşlarını görəndə insanda qisas hissi daha da güclənir. Döyüş qurtarır, ara sakitləşəndə kimisə görməyəndə və ya yaralı görəndə döyüşün qızğın anları daha da güclü yaddaşa yazılır. Heç bir döyüş yaddaşdan silinmir. Ancaq bir neçə döyüş var ki, xüsusilə yaddaşa həkk olunur. Bu döyüşlər xüsusi qızğınlıqla, amansızlıqla olan döyüşlərdir. Düşmənin sayca çoxluğu ilə olan döyüşlər və bu döyüşlərdə dostlarımı itirdiyim anlar heç bir zaman unudulmur. Həmin an ağlımdan bicə suala cavab tapa bilmirdim: “mən bu ölən əsgərin valideyninə nə cavab verəcəm? Mən sağ qaldığım üçün, şəhid olan dostumun ölümünü necə izah edəcəm? “. Bu suallara cavab tapmaq mümkün deyil. Vicdan əzabı hələ də məni göynədir. Inanın ki, bu sözləri döyüşdən sağ qayıtmış bütün əsgərlər sizə deyərlər. -Döyüşlərin birində Siz ASALA terror təşkilatının lideri olan,Qarabağ üzrə rəhbəri təyin olunmuş Monte Melkonyanı məhv etmisiniz. Həmin döyüş xatirinizdə necə qalıb? - Monte Melkonyan əməliyyatı üç günə başa gəldi. Başa düşürdüm ki, bu əməliyyat ağır və çətindir. Çünki biz düşmənin içərisinə girməli, ağıllı və hiyləgər komandirini öldürməliydik. Əgər bu əməliyyat uğurlu alınmasaydı bu gün ermənilərin sərhəddi Kür çayı ərazisində olardı. Sizə etiraf edim ki, bu gün həmin döyüşləri yada salanda mən özüm də inana bilmirəm ki, həmin əməliyyat və döyüşlərdən sağ çıxmışam. Çünki elə anlar olub ki, ölümlə mənim aramda göz qırpımı qədər məsafə olub. Lakin həmin an ölümü belə düşünməmişəm... -İbad bəy, Siz döyüşlərdə dəfələrlə yaralanmısınız. O yaraların sızıltısını bu gün unuda bilirsinizmi? -Yaralanan dəqiqə sən yaranı hiss etmirsən. Döyüşün qızğın çağında qalib gəlmək hissi can şirinliyini üstələyir. -Siz Azərbaycan Xalqının Qəhrəmanısınız. Bir qəhrəman döyüşçü kimi gənclərlə görüşəndə onlara nəsihətiniz nə olur? -Görüşlərdə mən gənclərin arasından gələcək döyüşçüləri görə bilirəm. Hər bir kəs döyüşə girəndə qəhrəmanlıq haqqında fikirləşmir. Döyüşçü bu barədə fikirləşə bilməz. Döyüşün nəticəsi Qəhrəmanlığı göstərir. Gənclərlə görüşlərdə mənim onlara bircə nəsihətim olur: “Öyrənin. Silahı, taktikanı, hərb elmini öyrənin və heç bir təmanna güdmədən. Onda döyüşdən üzü ağ, qəhrəman kimi çıxacaqsınız. Döyüşün özü Sizə qiymət verəcək... -Döyüşçü yoldaşlarınızla görüşürsünüzmü? -Görüşürük. Əksəriyyətimiz yaralanmışıq. Bütün yaraları görüşəndə unuduruq. 20 il əvvəlki həmin şux cüssəli 20-25 yaşında gənc oluruq. Daha çox şəhid olmuş dostlarımızı yad edirik. -İbad bəy, 18 oktyabr Sizin ad gününüzdür. 23 ildi ad günü qeyd etmirsiniz.Bunun səbəbi...? -Səbəb bəllidir. Torpaqlarımız düşman tapdağından azad olmayınca mən ad günümü qeyd etməyəcəm... Xəyalə Süleymanqızı Geri dön |