Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycanda daha 104 nəfər koronavirusa yoluxub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycanda daha 104 nəfər koronavirusa yoluxub

Qərbi Azərbaycanda daha 104 nəfər koronavirusa yoluxub


Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində son 24 saatda 104 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.




Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların ümumi sayının 3934 nəfərə çatdığını bildirib. Ağazadənin sözlərinə görə, xəstəliyə yoluxanlardan 1613 nəfər tam sağalaraq evlərinə göndərilib. Rəsmi infeksiyadan ölənlərin sayının 195 nəfərə çatdığını deyib.





Güney Azərbaycanın Ərdəbil əyalətində də koronavirus infeksiyasına yoluxanların sayı 2238 nəfərə çatıb. Ərdəbil Tibb Universitetinin rəisi Şəhram Həbibzadənin verdiyi məlumata görə, əyalətdə son 24 saatda 53 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Həbibzadə, xəstəliyin qurbanlarının ümumi sayı haqqında məlumat verməkdən imtina edib.





Güney Azərbaycanın Zəncan əyalətində isə rəsmi açıqlamalara görə, koronavirus infeksiyasına yoluxanların sayı 1102 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha dörd nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 119 nəfərə çatıb. Qızılbaş xəstəliyə yoluxanlardan 912 nəfərinin tam sağaldığını bildirib.





Güney Azərbaycanın Həmədan, Şərqi Azərbaycan, və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamayıb.

Geri dön