Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Urmiya gölündə suyun səviyyəsi düşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmiya gölündə suyun səviyyəsi düşüb

Urmiya gölündə suyun səviyyəsi düşüb


Azərbaycanın Urmiya gölündə su səviyyəsi azalaraq 1271.91 metrə düşüb.





May 18-də verilən statistikaya əsasən, su səviyyəsi hazırda keçən il ilə müqayisədə bir santimetr azalıb.





Gölün su səviyyəsinin vəziyyəti ilə bağlı araşdırma uzunmüddətli orta səviyyə (ötən 40 il) ilə müqayisədə 2.71 metr azalmanın olduğunu göstərir.





Həmçinin Urmiya gölündə suyun həcmi 18 may tarixində 5.29 milyard kubmetr olub. Ötən ilin analoji dövrü ilə müqayisədə 30 milyon kubmetr, uzunmüddətli həcmlə müqayisədə isə 10.75 milyard kubmetr azalıb.





Gölün ərazisi isə hazırda 3248.94 kvadrat kilometrdir. Bu rəqəm keçən il ilə müqayisədə 7.57 kvadrat kilometrdir azalma göstərir.





Qeyd edək ki, son illərdə Urmiya gölünə axan çayların üzərində 30-dan çox bəndin tikilməsi, eləcə də gölün üzərində suyunun sirkulyasiyasının qarşısını alan 14 kilometr uzunluğunda yolun salınması nəticəsində dünyanın 3-cü ən böyük duzlu gölü sürətlə qurumağa başlayıb.

Geri dön