Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Pandemiyadan sonra dünyada muzeylərin 13 faizi bağlanma təhlükəsi ilə üzləşə bilər
Pandemiyadan sonra dünyada muzeylərin 13 faizi bağlanma təhlükəsi ilə üzləşə bilər |
Koronavirus pandemiyasına görə dünyada muzeylərin 90 faizi öz qapılarını ziyarətçilərin üzünə bağlamaq məcburiyyətində qalıb. Bununla belə, pandemiyadan sonra muzeylərin yalnız 13 faizi açılmaya bilər.
TASS agentliyi xəbər verir ki, bu barədə UNESKO-nun rəsmi saytı məlumat yayıb. “Cəmiyyətin möhkəmliyini təmin etməkdə muzeylər böyük rol oynayır. Biz onlara böhrandan çıxmağa, auditoriya ilə ünsiyyətini davam etdirməyə köməklik göstərməliyik” - deyə, UNESCO-nun Baş direktoru Odre Azule bildirib. Məlumatda qeyd olunub ki, pandemiyanın müxtəlif dövrlərində 85 mindən çox muzey öz fəaliyyətini dayandırmalı olub. Afrika və inkişafda olan ölkələr öz kontentinin yalnız 5 faizini onlayn formatda nümayiş etdirə bilib. “Pandemiya bizə həm də dünya cəmiyyətinin demək olar ki, yarısının internetə girişə malik olduğunu göstərdi. Biz hər kəs üçün, xüsusilə də təcrid olunmuşlar arasında mədəniyyətin təbliği istiqamətində işlər görməliyik”, - deyə Odre Azule əlavə edib. UNESKO və Beynəlxalq Muzeylər Şurasının (ICOM) birgə tədqiqatları nəticəsində məlum olub ki, öz ziyarətçilərini itirən mədəniyyət ocaqları gəlirlərin azalması təhlükəsi ilə üzləşə bilər. Nəticə etibarilə bu sektorda çalışan insanlar əziyyət çəkəcək. “Muzey sənayesi dövlətin və özəl strukturların dəstəyi olmadan mövcud ola bilməz. Bu mədəniyyət ocaqlarına yardım etmək üçün vəsait axınını təmin etmək və mütəxəssisləri qorumaq vacibdir”, - deyə İCOM-un prezidenti Suay Aksoy bildirib. Geri dön |