Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Sərəskənd koronavirusa yoluxma hallarına görə İranda birinci yerdədir
Sərəskənd koronavirusa yoluxma hallarına görə İranda birinci yerdədir |
İranda əhali sayı nisbətinə görə ən çox koronavirusa yoluxma halları Güney Azərbaycanın Sərəskənd (Həştəri / Həştrud) şəhərində müşahidə olur.
Bu barədə Sərəskənd Şəhər İcra Hakimiyyəti başçısı Əmin Əminiyan məlumat verib. Əminiyan Sərəskənddə infeksiyaya yoluxma hallarının sürətlə artdığı barədə xəbərdarlıq edərək bunu bəzi kəndlərdə keçirilən yas və toy mərasimi ilə əlaqələndirib. Onun sözlərinə görə, ötən ay Sərəskənddə koronavirusa yoluxanların sayında 100 faiz artım müşahidə olunub. İcra Hakimiyyəti başçısı həmçinin Sərəskənddə infeksiyanın sürətlə yayılmasına baxmayaraq əlaqəli dövlət qurumlarının məsələyə laqeyd yanaşmasını, lazımı tibbi imkanların nəzərdə tutulmamasını tənqid edib. Əminiyan Sərəskənd xəstəxanasına daha çox tibbi avadanlıq və büdcə vəsaiti ayrılmasının zəruri olduğunu vurğulayıb. Qeyd edək ki, azərbaycanlılar tibbi imkanların çatışmazlığından əziyyət çəkdiyi halda İran hökuməti Azərbaycanın səhiyyə sahəsi üçün lazımı büdcəni ayırmır. Daha öncə Şərqi Azərbaycanın Sarab şəhərinin İran parlamentindəki millət vəkili Yusif Davudi koronavirus infeksiyası ilə mübarizədə ayrı-seçkiliyə yol verildiyini bildirərək hökumətin Azərbaycana kifayət qədər büdcə vəsaiti və tibbi imkanların ayırmadığını kəskin tənqid etmişdi. Davudinin sözlərinə görə, bu ayrı-seçkilik səbəb olub ki, Şərqi Azərbaycan xəstəxanaları tibbi xidmət üçün lazımi imkanların əldə edilməsində problemlə üzləşsin. Geri dön |