Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Latviyalı alimlər koronavirusun yayılmasını müşahidə etmək üçün yeni üsul tapıblar
Latviyalı alimlər koronavirusun yayılmasını müşahidə etmək üçün yeni üsul tapıblar |
Latviyalı alimləri ətraf mühitdə koronavirus (COVID-19) pandemiyasının yayılmasını müşahidə etmək üçün yeni üsul üzərində çalışırlar.
Ölkənin “Delfi” informasiya portalı xəbər verir ki, bu barədə məlumatı Riqa Texniki Universiteti (RTU) yayıb. Universitetdən verilən məlumata görə, bu kəşf bütün ekosistem miqyasında profilaktik tədbirlərin həyata keçirilməsinə kömək edəcək. Alimlər ölkənin bir neçə şəhərinin təmizlənməmiş çirkab sularını yoxladıqdan sonra nümunələrin birində yeni koronavirus aşkar ediblər. Virusun izləri həmçinin koronavirusa yoluxmuş xəstələrin qeydə alındığı şəhərlərin çirkab sularında da aşkar olunub. Lakin suyun təmizlənməsindən sonra virusun izləri qalmayıb. Yeni ixtira, eyni zamanda gələcəkdə “müəyyən bir ərazidə infeksiyanın yayılmasının başa çatdığına bir daha əmin olmaq” üçün imkan yaradacaq. Bu barədə RTU-nun professoru Talis Yuhna söyləyib. Geri dön |