Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Pompeo: “İranın “Mahan Air” aviaşirkəti ilə əməkdaşlıq edən şirkətlər ABŞ-ın sanksiyaları ilə üz-üzə qalacaqlar”
Pompeo: “İranın “Mahan Air” aviaşirkəti ilə əməkdaşlıq edən şirkətlər ABŞ-ın sanksiyaları ilə üz-üzə qalacaqlar” |
ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo mayın 19-da bəyanat yayaraq, “Sepah” terror təşkilatına bağlı “Mahan Air” aviaşirkəti ilə əməkdaşlıq edən xarici şirkətlərə xəbərdarlıq edib.
Pompeonun bəyanatı, ABŞ Maliyyə Nazirliyinin “Mahan Air”lə əməkdaşlıq edən bir Çin şirkətinə sanksiya tətbiq etməsindən bir gün sonraya təsadüf edib. Yaydığı bəyanatda “Mahan Air” aviaşirkətinə məxsus təyyarələri qəbul etməkdən imtina edən ölkələrin sayının sürətlə artdığını bildirən Pompeo deyib ki, Çin, “Mahan Air”lə əməkdaşlığını hələ də davam etdirən nadir ölkələrdən biridir: İranın “Mahan Air” aviaşirkətinə məxsus təyyarələrindən terrorçuların və qanunsuz silah-sursatın daşınması üçün istifadə edilir. Amerika Birləşmiş Ştatları üçün sevindirici haldır ki, son iki ildə bir çox ölkələr, o cümlədən də Orta Şərq, Asiya və Avropa şirkətləri daha müdrik addım ataraq, “Mahan Air”lə əməkdaşlıqlarını dayandırıblar. Bir daha bildiririk ki, “Mahan Air”lə əməkdaşlıq edən və ona xidmət göstərilməsinə imkan yaradan xarici şirkətlər, istər Çində olsunlar, istərsə də başqa yerlərdə, Amerika hökumətinin mümkün sanksiyaları təhlükəsi ilə üz-üzə qalacaqlar” -deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo yaydığı bəyanatında bildirib. Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyi iki gün əvvəl Çində İranın "Mahar Air" aviaşirkətinin satış agenti olan şirkətə qarşı sanksiya tətbiq edib. ABŞ Maliyyə naziri Stiven Mnuçin bildirib ki, adı sanksiyalar siyahısına salınan "Shanghai Saint Logistics Limited" adlı həmin şirkət "Mahan Air"in satış təmsilçiliyini həyata keçirib: “İran rejimi “Mahan Air”dən Venesuela və Suriyanın qeyri-legitim rejimlərindən savayı, Yaxın Şərqdə özünə bağlı təmsilçi müharibələr aparan terror qruplaşmalarını dəstəkləmək üçün istifadə edir. Biz, “Mahan Air-lə ticari əlaqələrini davam etdirəcək şirkətlərə qarşı düşünmədən sanksiyalar tətbiq edəcəyik", - deyə Stiven Mnuçin məsələ ilə bağlı yaydığı bəyanatda bildirib. Geri dön |