Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Kürd vali türk şəhəri “Nüsrətabad”ın statusunun ləğvini əmr edib
Kürd vali türk şəhəri “Nüsrətabad”ın statusunun ləğvini əmr edib |
Qərbi Azərbaycan əyalətinin yerli olmayan valisi radikal mühacir kürdlərin mövqeyindən çıxış edərək türk şəhəri Nüsrətabadın statusunun ləğvinə əmr edib.
Məhəmməd Mehdi Şəhriyari Tikantəpə (Təkab) rayonunda kürdlərin yaşadığı Aşağı Əhmədabad (Əhmədabad-i Sofla) kəndinə şəhər statusunun verilməsi, Nüsrətabadın isə onun tabeliyinə keçməsi haqda qərar imzalayıb. Nüsrətabada şəhər statusu verilməsi üçün illərdir ki, lazımı infrastrukturlar hazırlanmışdır. İranın daxili işlər nazirinin məsələ ilə bağlı müvafiq əmr verməsinə baxmayaraq radikal kürd qruplaşmalar bunun qarşısını almaq istəyir. Aşağı Əhmədabad Kənd Şurası üzvləri Tikantəpənin deputatı Humayun Haşimiyə məktub yazaraq Nüsrətabadın şəhər statusunun geri götürülməsi, onun yerinə Aşağı Əhmədabadın şəhərə çevrilməsi tələbini irəli sürüblər. Məktubda cəmiyyət tərkibi və əhali sayı ilə bağlı səhv məlumat yer alıb. Həmçinin Nüsrətabadın şəhər olaraq inkişaf etməyəcəyi iddia edilib. Sözügedən məktub Haşimi tərəfindən Qərbi Azərbaycan valisinə göndərilib. Vali isə məktubun üstünə dərkənar yazaraq “demoqrafik şərtlər və etnik məsələlər nəzərə alınaraq Aşağı Əhmədabadın ən qısa zamanda şəhərə çevrilməsi” haqda əmr verib. Qeyd edək ki, Tikantəpənin Avşar xanları tərəfindən salınan Əhmədabad kəndinin cəmiyyət tərkibi son on illərdə Saqqız və Divandərədən köçən kürdlərin hesabına dəyişdirilib. 1979-cu il inqilabından sonra məntəqədə fəaliyyət göstərən kürd terror qruplaşmaları çaxnaşma və qorxu yaradaraq türkləri kənddən köçməyə vadar etdilər. Hazırda Aşağı Əhmədabad kəndinin yerlilərindən sadəcə bir türk ailə qalıb. Geri dön |