Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Amerika Birləşmiş Ştatları Çin şirkətinə, İranın Mahan Hava Yollarına xidmət təklif etdiyi üçün embarqo tətbiq edib.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Amerika Birləşmiş Ştatları Çin şirkətinə, İranın Mahan Hava Yollarına xidmət təklif etdiyi üçün embarqo tətbiq edib.

Amerika Birləşmiş Ştatları Çin şirkətinə, İranın Mahan Hava Yollarına xidmət təklif etdiyi üçün embarqo tətbiq edib.


Amerika Birləşmiş Ştatları Çin şirkətinə, İranın Mahan Hava Yollarına xidmət təklif etdiyi üçün embarqo tətbiq edib. Amerikanın maliyyə nazirliyinin xarici sərmayələri qoruma ofisinin açıqlamasına görə, İranın Mahan Hava Yollarına əsas satış xidməti təklif edən Çinin "Shanxay Saint Logistic Limited" şirkəti qara siyahıya alnır. Ofisdən edilən açıqlamaya görə, bu 2018-ci ildən bəri Mahan Hava Yollarına bağlı olan yeddinci embarqodur.

Mahan Hava Yollarının 2011 ildə bir icazə ilə Iranın İnqilab keşikçilərinin Qudus gücünə və Hizbullah qruplaşmasına silah daşıdığı da iddia edilərək, qara siyahıya alınmışdı. Açıqlamada, deyilir ki,şirkət Mahan Hava Yollarına, Şanxaydaki kargo satış agenti olaraq Çin ilə İran arasındakə uçuşlarda rezervasiyaların edilməsi kimi xidmət göstərib. Bu embarqo daxilində , Amerika və amerika vətəndaşlarının öhdəsində olan şirkətin bütün işlərini dondurub ofisə xəbər bildirməsi mütləqdir.

Amerikanın dövlət katibi Mayk Pompeo, isə tvitter üzərindən etdiyi açıqlamada deyib ki, " Çin, İran İslam respublikası adına silah və terorçu daşıyan Mahan Hava Yollarına qucaq açan bir neçə ölkədən biridir. Bu tipli əməkdaşlıqların nəticələri də var." Sitatın sonu.İranın son zamanlar Venesuelaya da dəstək məqsədli ləvazimatlar göndərmək üçün Mahan Hava Yollarını istifadə etdiyini iddia edən Pompeo, "Mahan hava yollarının Venesueladan İrana qızıl daşıması da eyni şəkildə narahatlıq doğuran bir mövzudur." deyib. Avropa, Asiya və yaxın şərqdəki bir çox ölkə və şirkətin son 2 ildir Mahan Hava Yolları ilə əlaqələrinin toqquşduğunu xatırladan Pompeo, bu şirkətlə çalışan ölkə və şirkətlərin Amerika Birləşmiş Ştatlarının embarqo riskini almış olacaqlarını da vurğulayıb. Venesuellaya doğru hərəkət edən İran və Amerika gəmilərinin Meksika körfəzində bir birinə yaxın məsafədən keçdiyi xəbər verilir. Royterzin məlumatına görə, Amerika rəsmiləri öz gəmilərinə xəbərdarlıq edərək, ehtiyyatlı olmağı tövsiyyə edib.

Geri dön