Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Amerika İranın Daxili İşlər naziri və bir neçə Hüquq-Mühafizə Orqanları rəsmisinə qarşı sanksiya tətbiq edib
Amerika İranın Daxili İşlər naziri və bir neçə Hüquq-Mühafizə Orqanları rəsmisinə qarşı sanksiya tətbiq edib |
Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi bu gün İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli, eləcə də Hüquq-Mühafizə Orqanlarının 7 yüksək rütbəli rəsmisi, 1 "Sepah" komandanı və 3 qurumuna sanksiya tətbiq edib.
Nazirlik qərarın səbəbini həmin şəxslər və qurumların insan haqlarını kobud pozmaları və noyabr etirazlarında xalqı qətliam etmələri ilə əlaqələndirib. Sanksiyalar siyahısına salınanlar arasında Hüquq-Mühafizə Orqanlarının komandanı Hüseyn Əştərin də adı var. Qurumun sanksiya tətbiq edilmiş digər yüksək çinli əməkdaşları Həmizrza Əşraq, Məhəmmədəli Nurinejad, Habil Dərviş, Möhsün Fəthizadə, Yəhya Mahmudzadə və Eyyub Süleymanidən ibarətdir. "Həzrət Vəli Əsr Sepahı"nın komandanı Həsən Şahvərpur da Maliyyə Nazirliyinin sanksiyasına tuş gələn iranlı rəsmilər sırasındadır. ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin məsələ ilə əlaqədar bildirib ki, bu şəxslər xalqın hüququnu pozduqları və 2019-cu ilin noyabr ayında keçirilmiş etirazları qan bahasına yatırdıqları üçün ABŞ-ın qara siyahısına salınıblar. Maliyyə Nazirliyinin yaydığı bəyanatda qeyd edilir ki, etirazların qan bahasına yatırılması ilə bağlı göstərişi İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli Hüquq-Mühafizə Orqanlarına verib. Yuxarıdakı şəxslərdən başqa, Hüquq-Mühafizə Orqanlarının Əməkdaşlıq Fondu, onun rəhbəri və direktorlar şurası, habelə Tehranda yerləşən Fəşapuyə və Qərçək həbsxanaları da ABŞ sanksiyalarına tuş gəlib. Xatırladaq ki, 2019-cu ilin noybar ayının 15-də başlamış və təqribən 2 həftə davam etmiş həmin etirazlar zamanı “Reuters” agentliyinin statistikasına əsasən, azı 1500 etirazçı polis və “Sepah” tərəfindən güllələnərək öldürülmüşdü. Geri dön |