Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranlı rəsmi ilk dəfə Suriyada xərclədikləri pulların məbləğini açıqlayıb: "30 milyard dollar"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranlı rəsmi ilk dəfə Suriyada xərclədikləri pulların məbləğini açıqlayıb: "30 milyard dollar"

İranlı rəsmi ilk dəfə Suriyada xərclədikləri pulların məbləğini açıqlayıb: "30 milyard dollar"


İran Milli Məclisinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komissiyasının üzvü Hişmətullah Fəllahətpişə ölkəsinin Suriyada təqribən 30 milyard dollar vəsait xərclədiyini deyib.



O, bu sözləri "Xəbər Online" agentliyinə martın 8-də verdiyi müsahibədə desə də, sayt onu ötən gün yayınlayıb. Görünür, agentlik koronavirusun ölkədə kəskin yayılması fonunda bu etirafın cəmiyyət arasında ciddi narazılığa səbəb olacağını düşünüb, onun nəşrini təxirə salıb.



Fəllahətpişə müsahibə zamanı qeyd edib ki, "biz Suriyaya təxminən 20-30 milyard dollar arası pul vermişik və onu geri almalıyıq". Lakin o, rəsmi Tehranın Əsəd rejimindən xərclədiyi pulları hansı formada almağı düşünməsi barədə detalları açıqlamayıb.



Fəllahətpişə İranın Bəşər Əsəd rejiminə öz xalqını qətliam etmək üçün göstərdiyi köməyin məbləğini açıqlayan ilk iranlı rəsmidir.



Ötən illər ərzində İranda keçirilmiş xalq etirazlarında səsləndirilən əsas şüarlardan biri böyük miqdarda pulların ölkəyə deyil, Suriya kimi digər ölkələrə xərclənməsinə qarşı olub.



Eləcə də, son illər ərzində bir neçə iranlı yüksək ranklı rəsmi Suriyada xərclədikləri pulların geri qaytarılmasının zəruri olduğunu dilə gətiriblər. Bu istiqamətdə 2018-ci ilin fevral ayında danışan "dini lider" Əli Xamneyinin xüsusi müşaviri Yəhya Rəhim Səfəvi İranın həmin pulları Suriyanın neft və qaz yataqlarını, habelə fosfat mədənlərini istifadə etməklə geri qaytarmaq planının olduğunu demişdi. O, Rusiyanın Suriya ilə imzaladığı 49 illik müqaviləni misal gətirərək, ölkəsinin də Əsəd rejimi ilə bu formada uzun müddətli iqtisadi və siyasi müqavilələr imzalayıb, sərf etdiyi pulları geri qaytarmasının mümkün olduğunu dilə gətirmişdi.



2018-ci ildə "Sepah" terror təşkilatının sabiq komandanlarından olan radikal mühafizəkar siyasətçi Həsən Abbasi isə bildirmişdi ki, Əsəd rejimi İranın Suriya müharibəsində xərclədiyi pulları geri qaytarmaq iqtidarında olmadığından, Suriyanın əksər mədənlərini istifadə edib həmin vəsaitləri əldə edə bilmələri üçün onlara verib.



"İran gələn 60-70 il ərzində Suriya mədənlərini işlədəcək və xərclədiyi pulları çıxaracaq. Bu mədənlərdən əldə edilən gəlirlərin yalnız 10%-i Suriya hökumətinin payına düşəcək", - deyə Abbasi qeyd etmişdi.



Xatırladaq ki, bir çox mənbələr İranın hər il Suriya vətəndaş müharibəsində Əsədi dəstəkləmək üçün azı 15- 20 milyard dollar xərclədiyini deyirlər.

Geri dön