Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycanda 227 koronavirusa yoluxma faktı aşkarlanıb
Şərqi Azərbaycanda 227 koronavirusa yoluxma faktı aşkarlanıb |
Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayı artmaqdadır.
Şərqi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi “Mehr” xəbər agentliyinə verdiyi açıqlamada bu əyalətdə son 48 saat ərzində daha 227 nəfərin koronavirusa yoluxduğunu bildirib. Onun verdiyi məlumata görə, Şərqi Azərbaycanda bu günədək 7618 nəfərdə koronavirus infeksiyası aşkar edilib. Əyalətdə koronavirus infeksiyasından ölənlərin sayı isə 440 nəfərə çatıb. Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların ümumi sayının 4086 nəfərə çatdığını bildirib. Ağazadənin sözlərinə görə, xəstəliyə yoluxanlardan 2859 nəfər tam sağalaraq evlərinə göndərilib. O, infeksiyadan ölənlərin sayının 196 nəfər olduğunu deyib. Ağazadənin dediyini görə Urmiyada 1249 nəfərdə, Xoyda 780 nəfərdə, Soyuqbulaqda (Mahabad) 417 nəfərdə və Qoşaçayda (Miyandab) 415 nəfərdə infeksiya aşkarlanıb. Güney Azərbaycanın Ərdəbil əyalətində də koronavirus infeksiyasına yoluxanların sayı 2329 nəfərə çatıb. Ərdəbil Tibb Universitetinin rəisi Şəhram Həbibzadənin verdiyi məlumata görə, əyalətdə son 24 saatda 37 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, bir nəfər isə ölüb. Ərdəbildə xəstəliyin qurbanlarının ümumi sayı haqqında məlumat verilməyib. Zəncan əyalətində isə rəsmi açıqlamaya görə, koronavirus infeksiyasına yoluxanların sayı 1109 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 3 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 119 nəfər olaraq qalıb. Qızılbaş xəstəliyə yoluxanlardan 913 nəfərinin tam sağaldığını bildirib. Həmədan Tibb Universitetinin müavini Mənuçehr Kərəmi Güney Azərbaycanın bu əyalətində 966 nəfərdə koronavirus infeksiyasının aşkarlandığını, 99 nəfərin isə bu xəstəlikdən öldüyünü deyib. Geri dön |