Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Özəl xəbər, Fərəc Quliyev > Milli Dirçəliş Hərəkatı Partiyasını sədri, Millət Vəkili Fərəc Quliyevin 16 oktyabr 2012-ci il tarixdə Milli Məclisdəki çıxışı (olduğu kimi)
Milli Dirçəliş Hərəkatı Partiyasını sədri, Millət Vəkili Fərəc Quliyevin 16 oktyabr 2012-ci il tarixdə Milli Məclisdəki çıxışı (olduğu kimi) |
Hörmətli Sədr, hörmətli Millət vəkilləri, sizi qarşıdan gələn 18 oktyabr “müstəqillik günü” münasibətilə təbrik edirəm. Asan qazanılmayan bu müstəqillik, bayram kimi qeyd olunsa da hesab edirəm ki, tutumuna adekvat qeyd olunmur. Bu bayramın keçirilməsinə münasibət dəyişilməlidir. Həm də bu bayramın ərsəyə gəlməsində xüsusi xidmətləri olan istiqlalçı deputatlara münasibət indiki vəziyyətdə qalmamalı, yaxşıya dəyişilməlidir. Cəmi 43 istiqlalçı-siqnator deputatdan 29-u sağdır. Onlardan biri də mənəm. Mənim özümün də siqnator deputat olmağım bu insanların fəaliyyəti, layiq olduğu yer haqda daha dolğun danışmağıma mane olur. Amma mütləq qeyd etməliyəm ki, bu insanlara münasibət davranışlarına adekvat deyil. İstiqlalçı deputatlar arasında yaşlı və xəstələr, təqaüdünün artırılmasına ehtiyacı olanlar var. Bu insanlara imtiyazlar verilməsi, məsələn, avtomobillərin verilməsi, xüsusi təqaüdün ayrılması şox vacib addımlar olardı. Axı onlara münasibət fərdi mahiyyət daşımır. Siqnator deputatlar məhz burada-bu salonda müstəqillik uğrunda ciddi fədakarlıqlar göstəriblər. Azərbaycan Prezidenti Ramil Səfərov haqda təqdir olunası qərarı qəbul etdikdə, onu əhv etdikdə, bu təkcə Ramil Səfərova münasibət olmadı. Davranış ölkədə vətənpərvərlik hissinin xeyli qalxmasına səbəb oldu. Bu jest o demək idi ki, vətənə sahib çıxana, vətən sahib çıxır. İstiqlalçı deputatlara da sahib çıxmaq o demək olacaq ki, “Müstəqillik” kimi dəyərə sahib çıxanlara millət, vətən, dövlət sahib çıxır. İnaniram ki, Milli Məclis rəhbərliyi, ölkə rəhbərliyi bu istiqamətdə müvafiq addımlar atacaqdır.
Təşəkkür edirəm. Geri dön |