Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məşhəddə daha 1 həkim koronavirusdan ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Məşhəddə daha 1 həkim koronavirusdan ölüb

Məşhəddə daha 1 həkim koronavirusdan ölüb


İranın Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərində daha 1 həkim koronavirusdan ölüb.



Bu barədə, Məşhəd Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin işçi qrupunun rəhbəri Həmidrza Rəhimi mayın 22-də məlumat yayıb.



Yayılan məlumata əsasən, “Covid-19” infeksiyasına yoluxmuş xəstələri müalicə edərkən özü də xəstəliyə yoluxan və son günlər həkimlərin nəzarətində saxlanılan həkim-mütəxəssis Həmid Əqili, bu gün sübh saatlarında Məşhədin “Vəliyyi-əsr” xəstəxanasının reanimasiya şöbəsində keçinib.



Həmid Əqilinin koronavirusa konkret necə və nə vaxt yoluxması barədə hər hansı bir məlumat yayılmayıb.



Bildirilir ki, bundan əvvəl Məşhəddə koronavirusa yoluxan xəstələrə yardım edən daha 2 həkim, Həsən Ərbab və Seyid Murtuza Vicdan da “Covid-19” infeksiyasına tutularaq həyatlarını itiribləer.



Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mayın 22-də mediaya açıqlamasında ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 7300 nəfərə, yoluxanların sayının isə 131652 nəfərə çatdığını iddia edib.

Geri dön