Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Rəsmi Vaşinqton: "İran dünyanın 40-dan çox ölkəsində 360 terror aktı həyata keçirib"
Rəsmi Vaşinqton: "İran dünyanın 40-dan çox ölkəsində 360 terror aktı həyata keçirib" |
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti yaydığı yeni hesabatda İranın ötən 4 dekada ərzində dünyanın 40-dan çox ölkəsində 360 terror hücumu həyata keçirdiyini bəyan edib.
Sənədə əsasən, yüzlərlə insanın ölməsi, yaralanması və əlil olması ilə nəticələnən bu hücumlar "Sepah" terror təşkilatının "Qüds Briqadası", ETTELAAT Nazirliyi, eləcə də Livan Hizbullahı kimi İrana bağlı yaraqlı dəstələr tərəfindən həyata keçirilib. Dövlət Departamenti əldə etdiyi məlumatlar əsasında sənədə İranın xarici ölkələrdə akkreditə edilmiş diplomatik korpus nümayəndələrinin beynəlxalq terror fəaliyyətlərində iştirakı ilə bağlı sübutları da əlavə edib. Bu istiqamətdə 1994-cü ilin iyul ayının 18-də Argentinanın paytaxtı Buenos-Ayresdə yerləşən Yəhudi Əməkdaşlıq Mərkəzinin partladılmasında iştirak edən İranın bu ölkədəki səfirliyinin mədəniyyət atteşesi Möhsün Rəbbani və "Sepah" üzvü olan diplomat Həmidrza Əsğərinin adları qeyd edilib. Sözügedən partlayış nəticəsində 85 nəfər ölmüş, 300-dən çox insan yaralanmış, mərkəzin 7 mərtəbəli binası tamamilə uçmuşdu. 2018-c ildən Belçikada məhkumluq həyatı yaşayan İranın Avstriyadakı səfirliyinin işçisi Abbas Əsədinin adı da hesabatda terror fəaliyyətləri göstərən diplomat kimi hallanıb. O, 2018-ci ilin iyul ayının 2-də Almaniya, Belçika və Fransanın birgə əməliyyatı nəticəsində Parisdə keçiriləcək İran rejiminin müxaliflərindən birinin tədbirinə bombalı hücum təşkilində şübhəli bilinərək, Almaniyanın Bavariya əyalətində saxlanmışdı. Dövlət Departamenti cari ilin mart ayında İstanbulda qətlə yetirilmiş Məsud Mövləvi Vərdəncaniyə qarşı hazırlanmış terror hücumuna görə isə bir neçə türkiyəli rəsmi və iranlı diplomatı günahlandırıb. Bir müddət əvvəl ABŞ hökumətinin rəsmilərindən biri əldə edilən məlumatlara əsasən, Mövləviyə qarşı sui-qəsdin ETTELAAT Nazirliyi tərəfindən hazırlandığını və İranın Türkiyədə fəaliyyət göstərən diplomatlarının sifarişi ilə reallaşdırıldığını bəyan etmişdi. Bu hesabatda vurğulanan digər mühüm nöqtələrdən biri dünya ölkələrinin təzyiqlərindən sonra İranın öz üsulunu dəyişməklə, bu cür terror hücumlarında öz xüsusi xidmət orqanları əməkdaşları və diplomatları əvəzinə, cinayətkar qruplaşmalar, narkotik maddə qaçaqmalçıları və digər bu kimi 3-cü şəxslərdən istifadə etməyə başlamasıdır. Sənəddə İranın sabiq ETTELAAT naziri Əli Fəllahiyanın terror fəaliyyətləri də müfəssəl şəkildə ələ alınıb. Bildirilir ki, o, nazirliyə rəhbərlik etdiyi dövrdə birbaşa olaraq birbaşa olaraq bir neçə rejim müxalifinə qarşı Avropa ölkələrində terror hücumlarının hazırlanmasını həyata keçirib, bu səbəbdən də Fəllahiyana qarşı Almaniya və İsveçrədə cinayət işi açılıb. İnsan haqlarının pozulması, 1995-ci ildə Qəzzada həyata keçirilmiş kamikadze hücumu nəticəsində 20 yaşlı amerikalı tələbə Alisa Mişel Flatonun qətlə yetirilməsi və Buenos-Ayresdə yerləşən Yəhudi Əməkdaşlıq Mərkəzində bombalı hücum Fəllahiyanın ölkə xaricində reallaşdırdığı digər terror hücumları kimi sadalanır. Əli Fəllahiyan sabiq Xarici İşlər naziri Əli Əkbər Vilayəti və o dövr "Sepah" komandanı olan Möhsün Rzayi ilə birlikdə Buenos-Ayres terror aktı ilə əlaqəli İnterpol tərəfindən axtarışa verilən 8 iranlı rəsmidən biridir. Hesabatda həmçinin ölkə xaricində fəaliyyət göstərən jurnalistlər, siyasi və mədəni fəallar, ölkə jurnalistləri, milli hərəkatların və dini azlıqların liderlərinin ölüm və qaçırılıb ölkəyə gətirilmələri ilə bağlı təhdid edilmələri də İslam Respublikasının digər terror fəaliyyətləri kimi qeyd edilib. Dövlət Departamenti sadalanan fəalların "Sepah" terror təşkilatı tərəfindən təhdid edildiyini vurğulayıb. Geri dön |