Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Brayan Huk: "Müsbət nəticələr bəxş edən İran siyasətimizi dəyişməyə tələsmirik"
Brayan Huk: "Müsbət nəticələr bəxş edən İran siyasətimizi dəyişməyə tələsmirik" |
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk ölkəsinin İran siyasətinin müsbət nəticələr bəxş etməkdə olduğunu və bunu dəyişməyə tələsmədiyini deyib.
Onun sözlərinə görə, Donald Trampın bu siyasətlər vasitəsilə İranın sülh və təhlükəsizliyə yaratdığı bütün təhdidlərinin aradan qaldırılması üçün yenidən danışıqlar masasına oturması və yeni hərtərəfli anlaşma əldə edilməsini istəyir. Diplomat əlavə edib ki, rəsmi Vaşinqton bu tip razılaşmanın əldə edilməsi istiqamətində lazım olan bütün təzyiq vasitələrindən istifadə edəcək. Huk qeyd edib ki, bu günə qədər Amerikanın qabaqlayıcı tədbirlər, İran xalqına dəstək və rejimin diplomatik izolyasiyasını təşkil etmək istiqamətində yürütdüyü siyasətlər qənaətbəxş nəticələr verib. "Biz İranın iqtisadi təzyiq, diplomatik izolyasiya və qanuni hərbi addımlar atılmadan müzakirə masasına oturmayacağını bilirik. Bu 3 ana xətti izləməklə, qeyd etdiyim formada razılaşma əldə etmək üçün şanslarımızın artdığını başa düşürük", - deyə Brayan Huk əlavə edib. Diplomat təzyiqlərin nəticəsi olaraq İran hökumətinin gəlirlərinin tarixdə görünməyən səviyyədə azaldığını, bunun nəticəsində də rejimin və regionda ona bağlı yaraqlı qruplaşmaların 3 il əvvəl ilə müqayisədə zəiflədiyini vurğulayıb. Qeyd etmək lazımdır ki, Tramp hakimiyyətə gəldikdən sonra 2018-ci ilin may ayında İranla 5+1 ölkələri arasında imzalanmış nüvə anlaşmasından çıxdıqlarını elan edərək, rəsmi Tehrana qarşı yenidən embarqolar tətbiq edilməsinə göstəriş verib. Bu günə qədər həyata keçirilən tədbirlər nəticəsində İran iqtisadiyyatı böhranlı vəziyyətə düşüb. Geri dön |