Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Morqan Ortaqus: “İran rejiminin qəddarlığının həddi-hüdudu yoxdur”
Morqan Ortaqus: “İran rejiminin qəddarlığının həddi-hüdudu yoxdur” |
ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus mayın 3-də İranın ölkədən kənar terrorçu fəaliyyətləri və öz müxaliflərinə qarşı terror əmliyyatları barədə hesabat yayıb.
İran İslam Respublikasının müxtəlif ölkələrdəki terror planlarına, o cümlədən də xarici ölkələrdə öz müxaliflərinə qarşı sui-qəsd əməliyyatları həyata keçirməsinə toxunan hesabatda, dövlət katibi Mayk Pompeoya istinadən bildirilir ki, rəhmsiz Tehran rejiminin qəddarlığının həddi-hüdudu yoxdur: “İranlı diplomatların xarici ölkələrdə ardıcıl olaraq öz müxaliflərinə qarşı gerçəkləşdirdiyi sui-qəsdlərdə birbaşa əli olub. Bunu isə xarici ölkələrin təhlükəsizlik qurumlarının yaydığı məlumatlar və bəzi xarici məhkəmələrin İran diplomatlarına qarşı çıxardığı həbs qərarları sübut edir. İran rejiminin xarici ölkələrdə həyata keçirdiyi ən dəhşətli terror aktı isə 1994-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdə yəhudilər mərkəzinə qarşı bombalı hücumu olub. İranın keçmiş ETTELAAT naziri Əli Fəllahiyanın və daha 4 yüksək vəzifəli iranlı rəsminin tapşırığı ilə həmin mərkəzdə gerçəkləşdirilən partlayışda 85 günahsız insan həlak olub və məhz bu hücumdan sonra 2007-ci ildə “İnterpol” bu cinayətdə əli olan 5 İran rəsmisini beynəlxalq axtarışa verib” -deyə, Morqan Ortaqusun yaydığı hesabatda bildirilir. Ortaqus həmçinin bildirib ki, İran rejimi xarici ölkələrdə öz siyasi müxaliflərini, onların rəhbərlərini, İranın etnik və dini fəallarını, və bəzi xarici ölkələrin rəsmilərini terror etməklə yanaşı, həm də xaricdə fəaliyyət göstərən iranlı jurnalist və ictimai fəalları ardıcıl olaraq hədəfə alıb. Hesabatda, İran rejiminin bu günə qədər dünyanın 40 ölkəsində həyata keçirdiyi 360 terror aktına aydınlıq gətirilib. Geri dön |