Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycanda 32 həkim fizioterapiya, tibbi bərpa və terapiya ixtisasları üzrə imtahanlardan keçə bilməyib
Azərbaycanda 32 həkim fizioterapiya, tibbi bərpa və terapiya ixtisasları üzrə imtahanlardan keçə bilməyib |
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 26-da fizioterapiya və tibbi bərpa və terapiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 254 həkim iştirak edib. İmtahanlarda iştirak edən həkimlərdən 222 nəfəri uğurlu nəticə əldə edə bilib. Növbəti test imtahanları noyabrın 2-də mamalıq-ginekologiya və nevrologiya ixtisasları üzrə keçiriləcək. Geri dön |