Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şərqi Azərbaycanda 1 ayda 2700 nəfər davada xəsarət alıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycanda 1 ayda 2700 nəfər davada xəsarət alıb

Şərqi Azərbaycanda 1 ayda 2700 nəfər davada xəsarət alıb


Bu barədə Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin rəisi Əli Səfayifərd mətbuata məlumat verib.





“Cari ilin (İranda yeni il Novruz bayramında başlayır) birinci ayında 2708 nəfər davada bədən xəsarəti aldığına görə əyalətin tibbi ekspertiza mərkəzlərinə müraciət edib. Müraciət edənlərdən 2071 nəfəri kişi, 637 nəfəri isə qadın olub,” -deyə o bildirib.





Səfayifərdin verdiyi məlumata görə, ötən il bu müddətdə müraciət edənlərin sayı 2929 nəfər olub. Bu o deməkdir ki, cari ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə yaranan davalarda xəsarət alanların sayı 7.5 faiz azalıb.





Rəsmi əlavə edib ki, ötən il (İran təqvimi ilə 1398-ci il) ərzində Şərqi Azərbaycan Əyalətində davada bədən xəsarəti aldığına görə tibbi ekspertiza mərkəzlərinə müraciət edənlərin sayı 36 min 866 nəfər olub.





Son aylarda koronavirus pandemiyasının yayılması ilə əlaqədar qarşıdurma və zorakılıq hallarının azalması müşahidə olunur.





İşsizlik, yoxsulluq və narkomaniyanın geniş yayılması Güney Azərbaycanda insanlar arasında qarşıdurmanın artması, nikah və doğum sayının azalması, boşanma, qətl və intihar hallarının çoxalması və s. kimi ictimai problemlərə səbəb olub . Bu problemlər Güney Azərbaycanın bütün əyalətlərində müşahidə olunur.

Geri dön