Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranla Hindistan arasında ticari dövriyyə əhəmiyyətli dərəcədə azalıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranla Hindistan arasında ticari dövriyyə əhəmiyyətli dərəcədə azalıb

İranla Hindistan arasında ticari dövriyyə əhəmiyyətli dərəcədə azalıb


Halbuki bu rəqəm ötən ilin oxşar dövründə 2, 2018-ci ildə isə 3.3 milyard dollardan çox təşkil etmişdi.


Hindistan hökumətinin yaydığı rəsmi statistikalar həmçinin bu ölkənin İrana ixracatının da sözügedən dövrdə 38% azalmaqla, 808 milyon dollara qədər endiyindən xəbər verir.


Məlumatlar göstərir ki, Amerika Birləşmiş Ştatlarının sanksiyalarından əvvəl Hindistana ixracatı bu ölkədən etdiyi idxalatdan təqribən 5 dəfə çox olan İranın cari ilin ilk 3 ayı ərzində Hindistandan aldığı əmtəələrin dəyəri bu ölkəyə satdığı məhsullardan 10 dəfə çoxdur.


Çindən sonra İran neftinin ən böyük müştərisi olan Hindistan 2019-cu ilin 2-ci yarısından etibarən bu ölkədən qara qızıl alışını tamamilə dayandırıb.


Çinin yaydığı statistikalarda da bu ölkənin İranla etdiyi ticarətin həcmində kəskin geriləmə olduğu müşahidə edilir.


Digər tərəfdən, Beynəlxalq Valyuta Fondu 2020-ci il ərzində İranın neft, qeyri-neft və xidmət sektoru ixracatının 46 milyard dollar həcmində olacağını proqnozlaşdırır. Bu rəqəm İranın ötən il etdiyi ixracatın yarısından da azdır.

Geri dön