Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Azərbaycan BMT üzvü olan dövlətləri “Stepanakert aeroportu” ilə hər cür əməkdaşlıqdan çəkinməyə çağırıb
Azərbaycan BMT üzvü olan dövlətləri “Stepanakert aeroportu” ilə hər cür əməkdaşlıqdan çəkinməyə çağırıb |
Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında aeroport açmaq istiqamətində atdığı addımlarla əlaqədar BMT baş katibinə məktub ünvanlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. Onun sözlərinə görə, məktubda baş katib Ermənistanın Xocalı aeroportunu istifadəyə verməyə və işğal etdiyi Azərbaycanın əraziləri üzərindəki hava məkanından qanunsuz istifadə etməyə hazırlaşması barədə məlumatlandırılıb. “Ermənistan qondarma «Artsakh Air company» adlı şirkət yaradaraq Xocalı aeroportundan uçuşlar, o cümlədən hərbi xarakterli uçuşlar həyata keçirmək niyyətini nümayiş etdirib. Bu kimi cəhdlər beynəlxalq hüquqa hörmətsizlikdir, sülh prosesini pozur və regionda təhlükəsizliklə bağlı narahatlığı artırır”, - deyə məktubda bildirilir. Azərbaycan tərəfi məktubda BMT üzvü olan ölkələri qondarma “Stepanakert aeroportu”nun Azərbaycan qanunvericiliyinə zidd fəaliyyət göstərdiyi, oradan həyata keçirilən bütün növ uçuşların qanunsuz olduğu və Azərbaycanla Ermənistanın da üzv olduğu İCAO-nun prinsiplərini pozduğu barədə xəbərdar edib: “Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyin ifadə olunduğu BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının qətnamələrini nəzərə alaraq Azərbaycan hökuməti BMT üzvü olan bütün ölkələrə müraciət edir və diqqəti Ermənistanın qondarma aeroportun istismara verilməsi cəhdlərinin qanunsuz olduğuna yönəldərək bu dövlətləri qondarma “Stepanakert aeroportu” və “Artsakh Air company” ilə istənilən növ əməkdaşlıqdan çəkinməyə çağırır”. Geri dön |