Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə, Güney Azərbaycan-Təbriz > GÜNEY AZƏRBAYCANIN ISTIQLAL YOLU (II)
GÜNEY AZƏRBAYCANIN ISTIQLAL YOLU (II) |
Orta Doğuda diktator rejimləri çökdükcə, əsas diqqət indi də İrana yönəlmişdir. Burada problemin digər ölkələrdən daha fərqli olması Qərb ölkələrinin siyasi mətbəxində min dəfələrlə ölçülüb biçilməsi məxfi saxlanılsa da, Güney Azərbaycan faktorunun nə qədər real güc olmasının artıq fərqindədirlər. Çünki, Tunis, Əlcəzair, Misir, Liviya, Suriya və digər ölkələrdə baş vermiş inqilabi proseslərdə dominant xalq dövlətin təməlində duran xalqların gücü və iradəsi sayəsində olmuşdur. İranda isə dominantlıq sosial və iqtisadi, mədəni və ictimai baxımdan toplumların sayı, coğrafi mənzərəsində tamamilə fərqlidir. Burada hər bir toplumun baxışlarında ictimai münasibətlərin yeni mərhələsi ortaya çıxmışdır. Proseslərin necə və hansı məcrada inkişaf edəcəyini isə proqnozlaşdırmaq hələ ki, qeyri müəyyəndir. Ömrünün 50 ilindən çoxunu Güney Azərbaycan məsələsinə həsr etmiş Edinburq Universitetinin professoru, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sədri Qulamrza Səbri Təbrizinin bu barədə fikirlərini öyrənməyə çalışdıq.
- Qulamrza müəlllim, son illər İranda daxili siyasi və sosial proseslər qaynamağa başlamışdır. İstər ölkə daxilində, istərsə də xaricdəki geniş miqyaslı diaspor, sosial təbəqələr müəyyən dərəcədə aktivlik göstərsələr də, digər Orta Doğu dövlətlərindən fərqli olaraq, burada hələ ki, istənilən nəticələr baş vermir. – Bunun bir sıra səbəbləri var. Misir, Tunis, Əlcəzair, Sudan, Yəmən, Liviya, Livan Oman, Pakistan və digər ölkələr üzrə uzun müddət mən İngiltərənin BBC TV kanalında bir mütəxəssis kimi siyasi icmalçı olaraq çıxışlar etmiş, verilişlər aparmışam. Orta Doğuda indiki inqilabi proseslərin baş verəcəyi haqqında hələ 25-30 il öncə proqnozlar da vermişdim. Bu prosesin hansısa siyasi hərəkatlar və liderlərin səviyyəsində deyil, daha çox sosial inqilabi hərəkatlar müstəvisində olacağı fikrini irəli sürmüşdüm. Həmin ölkələrdə hər şeyin heç də Qərbin strateji mərkəzlərində hazırlanmış reseptlər əsasında deyil, yerli daxili enerjinin və xalqların yeni inkişaf prosesində baş verəcək urbanizsiya dəyələrinə önəm verilcəyini də açıq şəkildə söyləmişdim. O zaman mənim fikirlərimə Orta Doğu siyasətinə klassik mənada yanaşanlar bir qədər ironik formada münasibət göstərən opponentlər öz iradlarını belə söyləmişdilər. İndi onların bəziləri ilə London, Kopenhagen, Paris, Amsterdam, Berlin və digər şəhərlərdə yüksək səviyyəli dairələrdə rastlaşanda gözlərindən görürəm ki, əvvəlki baxışlarında xeyli dəyişikliklər yaranmışdır. Şəxsən mən 50 ilə yaxındır ki, İran siyasətində Güney Azərbaycan faktoruna önəm verilməsini ardıcıl şəkildə təbliğ etmişəm. ABŞ başda olmaqla Qərb ölkələrində indi başa düşmüşlər ki, Güney Azərbaycan faktoru olmadan İranda sosial, ictimai və siyasi proseslər heç zaman inkişafa doğru getməyəcəkdir. Bir baxın, İranda reformistlər qismində çıxış edən Yaşıllar Hərəkatı iki-üç illik mübarizəsindən sonra heç nəyə nail ola bilmədilər. Çünki, Güney Azərbaycan bu prosesə dəstək vermədi. İlk dəfə idi ki, İranda bütün xalqlar bir araya gələrək mövcud rejimin dəyişməsi üçün ümidlə ayağa qalxdılar. Güney Azərbaycan çox möhtəşəm səviyyədə milli iradəsini ortaya qoydu. Azərbaycan Türkünün milli, siyasi, sosial, iqtisadi və mədəni hüquqları anlamında şərtləri var idi. Yaşıllar Hərəkatı Güney Azərbaycanın bu tələblərinə susqunluqla cavab verdi. Nəinki Güney Azərbaycanın özündə, eləcə də diasporumuzda bizim milli çıxarılarımızla bağlı modern fars şovinizminin intişar tapdığını və strateji hədəfdə yağışdan çıxıb, yağmura düşməmək barədə haqlı fikirlər irəli sürüldü. Bax belə bir ərəfədə biz GAMAC-ı yaratdıq. İndi Güney Azərbaycanın əsas strateji hədəfi milli istiqlala gedilən yolu səbr və təmkinlə inkişaf etdirməklə buna nail olmağı irəli sürmüşük. Çünki, bizim dəyərləndirmələrimiz də, çağdaş dünya siyasətində və regional coğrafi, kulturoloji və etnogenoloji şərtlər də bunu tələb edir. – Professor söylədiyiniz bu fikir tamamilə yeni bir yanaşma, həm də ərəb dünyasına, eləcə də parn-urdu xalqlarının vahid strategiyasına alternativ kimi Türk Dünyası coğrafiyası kimi də başa düşmək olarmı? - Tamamilə haqlı dəyərləndirmədir. Bizim demək istədiyimiz də budur. Hər bir xalqın, xüsusilə də superetonsların tarixən coğrafi yayılma arealı vardır. Bu toplumlar minillərdir həmin coğrafi məkanda özlərinin yaşam tərzinə sahibdir. Onlar özlərinin etnik və mədəni dəyərlərini, kimlik və sosial mənada birgəyaşayış şəraitini formalaşdırıblar. 1925-cü ildə İranda minillər hakimiyyətdə olmuş türkün mədəni, siyasi və sosial mənada dominantlıq təşkil edən rolunu azsaylı fars kultu üzərində paniranizm doktrinasına bağlamaqla Qərb ölkələri çox böyük yalnışlıqlara yol verdi. 19-cu yüzillikdə Qərbdə elmi, strateji və qlobal mənada “Hind-Avropa” nəzəriyyəsi əsasında Orta Doğu siyasətinə önəm verilmişdir. Elə buna görə də Türk Qacar xanədənlığına qarşı Rusiya, Fransa, ABŞ, İngiltərə, Almaniya vahid strategiya ilə yanaşırdı. Pəhləvilər sülaləsinin ömrü isə 53 il davam etdi. Bu yalnış siyasət 1978-ci il 23 Bəhmən İnqilabının nəticəsində devrildi. Super güc rolunda çıxış edən Qərb paniranizm xəstəliyi adı altında hakimiyyətə iddialı klerikalları dolayı yolla dəstəklədi. 35 ildir İranda siyasi rejimin başında duran mollakratiya əslində paniranizm və fars şovinizmi anlayışından məharətlə istifadə etməklə pəhləvilərin ortaya qoyduğu “VAHİD İRAN MİLLƏTİ” doktrinasını gerçəkləşdirə bilmədilər. Bunun nə qədər yalnış olduğunu indi-indi Qərbdə anlamağa başlamışlar. İranın etnoloji və kulturoloji baxımdan mənada dominantlıq edə biləcək gücü daha çox türklərə məxsus olması tədricən etiraf olunmağa başlamışdır. Qatı fars şovinist siyasətinin humanizm anlayışından uzaq olması, bunun daha çox digər xalqlara qarşı faşistcəsinə xarakter alması belə, mənşəcə farslara yaxın olan bəluc, lor, gilək, talış xalqlarının dərin hiddətinə səbəb olmuşdur. Digər yandan ərəb və kürd xalqları da fars şovinizminin boyunduruğu altında yaşamaq istəmədiklərini açıq şəkildə milli iradə olaraq irəli sürməyə başlamışlar. Belə bir dönəmin qarşısını almaqda klerikal rejimin gücü qalmamışdır. Öncələr ölkənin milli gəlirləri sayəsində xüsusi cəza orduları yaratmaqla bunun qarşısını almaq üçün müəyyən addımlar atılırdısa, indi dünya gücləri tərəfindən İrana qarşı embarqoların tətbiq edilməsi nəticəsində rejim artıq laxlamağa başlamışdır. Hər bir toplum 1923-cü ildən başlanılan və bu günə kimi davam edən onların milli kimliklərinin inkarına qarşı milli iradələrini ortaya qoymağa başlamıdır. Güney Azərbaycan bu prosesdə ən böyük coğrafi, milli və sosial güc rolunda çıxış edir. Bir tərəfdən 75 milyonluq qos-qoca Türkiyə, digər yandan 20 ildir dövlət mütsəqilliyinə qovuşmuş Azərbaycan və Türkmənistanın mövcudluğu Güney Azərbaycanın strateji önəminin daha da güclənməsinə səbəb olmuşdur. Təqribən milli diasporumuzun sayının 3 milyona çatması, onların öz milli təşkilatlarını yaratması, dünyanın hər yerində bizim millət olaraq vahid etnos şəklində səfərbərliyimiz üçün möhtəşəm gücə çevrilməmiz kimi başa düşülməlidir. Diqqətlə müşahidə etdikdə görəcəksiniz ki, Güney Azərbaycan siyasi mənada deyil, daha çox maarifçilik və milli düşüncə istiqamətində inkişaf etməyi strateji hədəf seçmişdir. Çünki, Güneydə milli mübarizə silahlı formada deyil, mədəni və etnoloji hüquqların tanınması müstəvisində baş verməkdədir. Öz milli hüquqlarını tələb etməyi bacarmayan xalqın sosial və iqtisadi hüquqlarının təsbit edilməsi həmin toplumun birbaşa məğlubiyyəti deməkdir. Bunu Güney Azərbaycanda və eləcə də İranda bir zamanlar başvermiş solçu baxışların əsas aparıcı güc rolunda çıxış etməsi və sonucda aparılan mübarizənin məğlubiyyətlə üzləşməsi tarixi də sübut edir. Biz onu da açıq şəkildə qeyd edirik ki, Güney Azərbaycan məsələsi hansısa dünya gücünün istəyi ilə deyil, Türk Dünyasının tərkib hissəsi kimi qəbul edilməsini milli iradəyə çevirməyə çalışırıq. Bu proses zatən tarixən belə olub. Onu da bilmək lazımdır ki, fars şovinizminə önəm verməklə Orta Doğu strategiyası heç zaman normal məcrada inkişaf etməyəcək. Çünki, fars şovinizmi, paniranizm qavrayışı dini və ideoloji müstəvidə digər xalqları özünün mədəni təsir dairəsi altında saxlamağa xidmət edir. – Güney Azərbaycanla bağlı indiki siyasi təşkilatlanma prosesi Sizi qane edirmi? – Əlbəttə qane edir. Ola bilər ki, siyasi təşkilatlanma prosesində müəyyən yalnışlıqlar da olsun. Bunu milli faciəyə çevirməməliyik. Azərbaycan Respublikasının özündə belə, bir sıra tarixi təcrübələrin olmasına baxmayaraq, milli səfərbərliyin istənilən səviyyədə omaması ucbatından Qarabağımız işğal olundu. Azərbaycanda bunun mahiyyətinə indi-indi varılmaqdadır. Çünki, sovet rejimi xalqımızın yaddaşından bu möhtəşəm anlayışın mümkün qədər yuyulması üçün dərin siyasət yürütmüşdü. Güney Azərbaycanda milli səfərbərliyimizə qarşı daha qəddarcasına dərin siyasətlər aparılmışdır. Pəhləvilər rejimi qatı fars şovinizmi, solçular paniranizm, klerikallar isə dini-ideoloji müstəvidə bu siyasəti yürütmüşlər. Tarixi milli faciəmizin ən dəhşətli məqamlarından biri də odur ki, elə bu qatı fars şovinizmi və paniranizm ideologiyasının başında milli sapqınlarımız dayanmışdılar. Məni bu gün ən çox sevindirən faktor isə Güney Azərbaycanda, həm də diasporumuzda əsas strateji yanaşma milli hədəflərimizin üzərində köklənməsidir. Quzey Azərbaycanda isə əsil milli dövlətçiliyimizin təməl prinsiplərinin inkişaf etməsi, ən azından Qafqazda super gücə çevrilməsi Güney Azərbaycanla bağlı proqnozlaşdırdığımız proseslərin daha möhtəşəm səviyyədə inkişaf etməsinə səbəb olmuşdur. Biz milli maariflənmə ilə yanaşı, insan haqları, bəşəri hüquqlar səviyyəsində artıq bir sıra uğurlar əldə etməkdəyik. Siz qiddətlə Tehrandakı prosesləri izləsəniz bunu təsdiq edə bilərsiniz. Mollakratiya rejiminin addım-addım çökməsi, tamamilə iflasa uğraması prosesi hər ötən gün ərzində daha da dərinləşməkdədir. Rejimin devrilməsi üçün bütün xalqlar öz milli təşkilatlarını gücləndirməklə hərəkətə keçmişlər. Güney Azərbaycanda milli sosiallaşma prosesinin bu günkü inkişaf mərhələsi bizi qane edir. GAMAC bir təşkilat olaraq bütün ictimai və siyasi təşkilatları öz sıralarında birləşdirmək üçün yeni addımlar atmağa başlamışdır. Biz 50 ildir Güney Azərbaycanın qlobal siyasi proseslərdə ən aktual sahə olmasını nəhayət dünya güclərinə inandıra bilmişik. Artıq BMT səviyyəsində Güney Azərbaycanla ciddi şəkildə maraqlanmağa başlamışlar. Çünki, mollakratiya rejiminin çöküşündən sonra regionda coğrafi baxımdan yeni dəyişikliklərdə nələrin baş verəcəyi, ictimai, sosial mənada Güney Azərbaycanın öz istiqlalına qovuşması artıq real faktora çevrilməkdədir. Güney Azərbaycan özünü təbii resursları, iqtrisadi imkanları sayəsində inkişaf etdirmək gücünə malikdir. Farslara məxsus regionlar isə bundan tamamilə məhrumdurlar. Bu prosesin dərinləşməsi istiqamətində bizlər öz kəfənimizi çoxdan əynimizə geyinmişik. Güney Azərbaycan indiki kimi heç zamanda öz milli istiqlalına qovuşmaq üçün bunca yaxın olmamışdır. Bu tarixi məqamı dəyərləndirərək biz milli istiqlalımız uğrunda daha əzmlə mübarizə aparırırq. Söhbətləşdi: Ənvər YUSİFOĞLU Geri dön |