Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gilan əhalisinin 30 faizi türkdür deyən deputatın mandatı təsdiqlənməyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Gilan əhalisinin 30 faizi türkdür deyən deputatın mandatı təsdiqlənməyib

Gilan əhalisinin 30 faizi türkdür deyən deputatın mandatı təsdiqlənməyib


Mayın 31-də keçirilən İran Məclisinin iclasında Diloxşla bərabər Gəşsarandan millət vəkili seçilən Əlirza Tacgərdun və Firidunşəhərdən deputat seçilən Hüseyn Məhəmməd Salehinin mandatları təsdiqlənməyib.





İranın “ANA” xəbər agentliyi sözü gedən şəxslərin deputat mandatının təsdiqlənməməsini iqtisadi ittihamlar, korrupsiya və məhkəmə tərəfindən barələrində çıxarılan qərar ilə əlaqələndirib.





İran qanunvericiliyinə əsasən, deputat mandatı təsdiqlənməyən şəxsin etiraz etmək haqqı var. Belə halda mandatın ləğvi ilə əlaqədar irəli sürülən ittihamlar müvafiq şöbə və komissiyalarda yenidən araşdırılacaq.





Kazım Dilxoş 2018-ci ildə Güney Azərbaycanın Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi”nin bu əyalətdən ayırıb Gilan Əyalətinə ilhaq edilməsi planına qarşı etirazlar zamanı Gilan əhalisinin ən azı 30 faizinin Azərbaycan türklərindən ibarət olduğunu bildirmişdi.

Geri dön