Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təqdimat - “And yerimiz Vətən”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Təqdimat - “And yerimiz Vətən”

Təqdimat - “And yerimiz Vətən”


Son dövrlər Qarabağ müharibəsi ilə bağlı çox kitabların nəşr edilməsi mühüm addımdır və gənjlərin hərbi vətənpərvərlik duyğularının formalaşmasında əhəmiyyətli rol oynayır. Bu fikirlər “Əsgər ailəsi” Cəmiyyətinin rəhbəri, hərbi curnalist Roza Əliqızının Qarabağ savaşına həsr etdiyi “And yerimiz Vətən” kitabının təqdimatında səsləndirildi.

Kitabı giriş sözü ilə açan müəllif Roza Əliqızı Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzü və müharibə illərində jurnalist kimi fəaliyyətindən, şahidi olduğu xatirələrdən danışdı. O bildirdi ki, cəbhədə dəfələrlə igid oğullarımızın döyüşkənliyi və Vətənə məhəbbətinin şahidi olub. Onların bu qorxmazlığı cəbhə curnalistlərinin yazılarında daim işıqlandırılıb.
“Biz o ağır illəri yaşamışıq. Bir qələm sahibi kimi istədim ki, bu kitabda da Qarabağ müharibəsi ilə bağlı bir sıra hadisə və faktları bədii dillə çatdırım. Kitabda həmçinin bir sıra döyüşçülərımızin döyüş xatirələri, fikirləri yer alır. Ümid edirəm ki, bu kitab ziyalılar, eləjə də gənclər tərəfindən maraqla qarşılanacaq.”-deyə kitabın müəllifi qeyd etdi.

Tədbirdə ikinci qrup Qarabağ əlili, keçmiş döyüşçü Coşqun Hüseynov, müharibə illərində tibb bajısı kimi yaralılara kömək etmiş “Tutu ləqəbli” Rüxsarə Cumayeva, Azərbaycan Silahlı Qüvvələrində xidmət edən Nurcahan Hüseynova, Azərbayjan Tibb Universitetinin hərbi tibb fakültəsinin müəllimi, tibb xidməti mayoru Mirbağır Qaffar müharibə xatirələrini bölüşdülər. Qeyd edildi ki, sözügedən kitab Qarabağda yaşanan müxtəlif taleləri və döyüş anlarını gənc nəslə çatdırılması baxımından dəyərli vəsaitdir.
Tədbirdə iştirak edən gənclərdən Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənli Qarabağ qaziləri ilə bir tədbirdə olmaqdan qürur duyduğunu bildirdi. "Mən bir gənc olaraq bildirirəm ki, Azərbaycanı vətən edən Sizlərsiz! Qarabağa gedən yolun müharibədən keçdiyini bilərək və bu yolda yorulmadan mübarizə apararaq, məhz Sizin kimi şəxsiyyətlərdən nümunə götürürük."
Kitabda Qarabağ savaşı ilə bağlı bədii və sənədli hekayələr, erməni terror təşkilatlarının dünyada törətdikləri qanlı aksiyalardan bəhs edən materiallar yer almışdır. Kitab Azərbaycan Respublıkasının Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə işıq üzü görüb və pulsuz paylanılması nəzərdə tutulur.

Təqdimat - “And yerimiz Vətən”

Təqdimat - “And yerimiz Vətən”

Təqdimat - “And yerimiz Vətən”

Geri dön