Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayında rekord artım
Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayında rekord artım |
Bu rəqəm epidemiyanın başlanmasından bəri rekord göstərici hesab olunur. Daha öncə ən yüksək yoluxma halı mayın 31-də 189 nəfər olaraq qeydə alınıb.
Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların ümumi sayının 5868 nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, xəstəliyə yoluxanlardan 3666 nəfər tam sağalaraq evlərinə göndərilib. Ağazadə infeksiyadan ölənlərin sayının 229 nəfər olduğunu deyib. Güney Azərbaycanın Ərdəbil əyalətində də koronavirus infeksiyasına yoluxanların sayı 2831 nəfərə çatıb. Ərdəbil Tibb Universitetinin rəisi Şəhram Həbibzadənin verdiyi məlumata görə, əyalətdə son 24 saatda 22 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. O, Ərdəbildə xəstəliyin qurbanlarının ümumi sayı haqqında məlumat verməkdən imtina edib. Zəncan əyalətində isə rəsmi açıqlamaya görə, koronavirus infeksiyasına yoluxanların sayı 1174 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 7 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 130 nəfər olaraq qalır. Qızılbaş xəstəliyə yoluxanlardan 965 nəfərinin tam sağaldığını bildirib. Güney Azərbaycanın Həmədan, Şərqi Azərbaycan və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamayıb. Geri dön |