Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Konqo Demokratik Respublikasının Ekvatorial əyalətində Ebola epidemiyası başlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Konqo Demokratik Respublikasının Ekvatorial əyalətində Ebola epidemiyası başlanıb

Konqo Demokratik Respublikasının Ekvatorial əyalətində Ebola epidemiyası başlanıb


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Konqo Demokratik Respublikasının Ekvatorial əyalətində yeni Ebola epidemiyası qeydə alınıb.

BMT-nin xəbərlər saytı bildirir ki, mayın 18-dən 30-dək orada beş nəfər vəfat edib, lakin onların ölümünün səbəbi yalnız indi təsdiqlənib. Yoluxmuş şəxslərlə kontaktda olmuş insanlar təcrid edilib və hazırda müşahidə altındadır.

BMT Uşaq Fondunun (UNICEF) məlumatına görə, ölənlər arasında 15 yaşlı qız da var. UNICEF yeni epidemiya ilə əlaqədar yerli hakimiyyət orqanlarına kömək edir: epidemiyadan zərərçəkmiş rayonlara zəruri avadanlıq, su və gigiyena vasitələri göndərilib. UNICEF-in Konqo Demokratik Respublikasındakı nümayəndəsi Eduard Bejbeder deyir: “Uşaqlar arasında yeni Ebola epidemiyasına yoluxma halları əvvəlki epidemiyalarla müqayisədə daha geniş yayılıb. Biz Ekvatorial əyalətin gənc sakinlərinin qayğısına qalmalı, onları virusdan qorumalıyıq”.

BMT-nin Uşaq Fondunun 36 əməkdaşı bu məqsədlə regiona gəlib. Onlar yerli hakimiyyət orqanlarının və ictimai təşkilatların nümayəndələri ilə, həmçinin epidemiya əleyhinə tədbirlərdə iştirak edən psixoloqlar və digər işçilərlə əməkdaşlıq edirlər.

UNICEF əhalinin maarifləndirilməsi üzrə proqramlar həyata keçirir: məktəblərdə, iş yerlərində və kilsələrdə informasiya sessiyaları təşkil edilir. Yeni Ebola yoluxmaları Konqo Demokratik Respublikasının şərqində bu xəstəliklə mübarizənin davam etməsi fonunda yaranıb. Son aylarda burada 3317 nəfər yoluxub, onlardan 2134-ü ölüb. Ekvatorial əyalətdə bu virus hələ 2018-ci ilin may-iyul aylarında özünü göstərmişdi. O vaxt infeksiya 33 nəfərin həyatı bahasına başa gəldi.

Eboladan ölüm halları orta hesabla 60 faizdir, lakin 5 yaşa qədər uşaqlar arasında bu göstərici 78 faizə çatır. Konqo Demokratik Respublikasında COVID-19-a yoluxma halları da artmaqda davam edir. Bu həftənin əvvəli üçün olan məlumat görə, orada 3070 nəfər koronavirusa yoluxub.

Keçən il ÜST Konqo Demokratik Respublikasında Ebola qızdırmasının yayılmasını “ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət” elan etmişdi. Bu infeksiyanın törədicisi ilk dəfə 1976-cı ildə aşkar edilib. O vaxt iki infeksiya ocağı aşkar edilmişdi. Onlardan biri Konqo Demokratik Respublikasındakı Ebola çayı yaxınlığında yerləşən Yambuku kəndində, digəri Sudanın ucqar bir rayonunda qeydə alınıb. Yoluxmaların əksəriyyəti insandan insana qan, tüpürcək və digər ifrazatlar vasitəsilə keçir.

Geri dön