Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Diaspor > Diaspora komitəsi azərbaycanlı iş admlarının Rusiyada yaratdığı təşkilatı pislədi
Diaspora komitəsi azərbaycanlı iş admlarının Rusiyada yaratdığı təşkilatı pislədi |
"Rusiyanın Azərbaycan Təşkilatları İttifaqının yaradılmasını bu ölkədə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinə xidmət etməyən addım hesab edirik"
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi bu yaxınlarda Rusiyada yaradılan Rusiyanın Azərbaycan Təşkilatları İttifaqı əleyhinə bəyanat verib. Xatırladaq ki, yeni yaradılan təşkilatda Rusiyada yaşayan və fəaliyyət göstərən çox nüfuzlu azərbaycanlılar birləşib. Onların sırasında Azərbaycan baş nazirinin keçmiş birinci müavini Abbas Abbasov, "Azerros" prezidenti Söyün Sadıxov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Agamirov, məşjur dramaturq Rüstəm İbrahimbəyov, iş adamları İsgəndər Xəlilov, Telman İsmayılov, Vahid Əhmədov və hətta Azərbaycan prezidenti İlham Əliyevin qudası Araz Ağalarov da var. Azərbaycan diaspor komitəsinin yaydığı bəyanatda isə, İttifaqın yaradılması "məqsədəuyğun olmayan hal" kimi qiymətləndirilib. Komitənin saytında yerləşdirilən bəyanatında deyilir: “Məlum olduğu kimi, 2001-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin bilavasitə iştirakı ilə Rusiya Federasiyasında ÜmumRusiya Azərbaycan Konqresi yaradılmışdır. Qısa müddət ərzində Rusiya Federasiyasının 67 subyektində 73 regional bölməsi yaradılan ÜmumRusiya Azərbaycan Konqresi Azərbaycanın dünyadakı ən güclü və nüfuzlu diaspor təşkilatlarından biridir. ÜAK azərbaycanlıların ən çox məskunlaşdığı və Azərbaycan diasporunun ən fəal olduğu ölkələrdən biri olan Rusiyada soydaşlarımızın təşkilatlanması, cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının müdafiəsi sahəsində mühüm işlər görmüşdür. ÜAK Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, milli-mədəni irsimizin tanıdılması, soydaşlarımız arasında milli həmrəyliyin gücləndirilməsinə yönəlmiş bir sıra uğurlu layihələrə imza atmış və bu proses indi də davam etməkdədir. ÜAK-ın Azərbaycan və Rusiyanın müvafiq dövlət orqanları ilə qarşılıqlı etimada dayanan səmərəli əməkdaşlığı sayəsində azərbaycanlı icmasının maraq və mənafeləri ilə bağlı məsələlərə çevik və operativ müdaxilə olunur, Konqres dövlətlər arasında imzalanmış müqavilə və sazişlərin, hökumətlərarası layihələrin icrasına cəlb olunaraq xalqlarımız və ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verir. Diasporla İş üzrə Dövlət Komitəsi ÜmumRusiya Azərbaycan Konqresi Rusiyada yaşayan azərbaycanlıların haqlı olaraq ən çox etimad göstərdiyi ictimai təşkilat olduğu halda bu ölkədə yeni bir qurumun yaradılmasını lüzumsuz addım sayır. Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyanın Azərbaycan Təşkilatları İttifaqının yaradılmasını bu ölkədə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinə xidmət etməyən addım hesab edərək bundan böyük təəssüf hissi keçirir və buna mənfi münasibət bəsləyir". Geri dön |