Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Marağada məktəb binalarının 40 faizi bərbad vəziyyətdədir
Marağada məktəb binalarının 40 faizi bərbad vəziyyətdədir |
Rza Asiyabi şagirdlərin sayının artmasını nəzərə alaraq bu məsələyə xüsusi diqqət yetirilməsinin zəruri olduğunu vurğulayıb. O, problemi həll etmək üçün xeyriyyəçi insanlardan yardım tələb edib.
Şərqi Azərbaycan Məktəblərin Təchizatının Təmin Edilməsi və Yenidənqurma İşləri İdarəsinin rəis müavini Məhəmməd Nəcəfi də dövlətin təhsil ocaqlarının tikintisi üçün ayırdığı vəsaitin yetərsiz olduğunu bildirib. Hazırda Marağa vilayətində 53 min şagird təhsil alır. Ölkədə hər şagirdin təhsil alması üçün məktəb və həyətindən ibarət müəyyən ərazi nəzərdə tutulur. Nəcəfinin sözlərinə görə, bu rəqəm dünya standartlarında orta hesabla 8, Şərqi Azərbaycanda isə 5.2 kvadratmetrdən ibarətdir. Qeyd edək ki, Güney Azərbaycanın digər əyalətlərində də təhsil ocağının sahəsi standartlara cavab vermir. Bu rəqəm Qərbi Azərbaycan əyalətində 4.5 kvadratmetrdir. Şərqi Azərbaycan əyalətinin təhsil rəsmilərinin dediyinə görə, bu əyalətdə 24 min dərs otağından yalnız 10 mini normal vəziyyətdədir. 7 minində təmir-bərpa işlərinə ehtiyac var, 7 mini isə sökülərək yenidən tikilməlidir. Güney Azərbaycanın bütün əyalətlərində təhsil ocaqları binalarının yetərsiz, köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb, bu barədə yerli məsullar tərəfindən xəbərdarlıq da edilib. Son illərdə Azərbaycan əyalətlərində təhsil ocaqlarının əsas problemləri demək olar ki, bölgədə xeyriyyəçilik ənənəsinə yaşadan soydaşlarımız tərəfindən çözülür. Yerli məsullar dəfələrlə açıqlama verərək təhsil sahəsində dövlət tərəfindən hər hansı büdcə vəsaitini gözləmədiklərini diqqətə çatdırıblar. Geri dön |