Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artır

Qərbi Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artır


Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların ümumi sayının 6 min 221 nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, xəstəliyə yoluxanlardan 3 min 836 nəfər tam sağalaraq evlərinə göndərilib. Ağazadə infeksiyadan ölənlərin sayının 233 nəfər olduğunu deyib.





Güney Azərbaycanın Ərdəbil əyalətində də koronavirus infeksiyasına yoluxanların sayı 2 min 925 nəfərə çatıb. Ərdəbil Tibb Universitetinin rəisi Şəhram Həbibzadənin verdiyi məlumata görə, əyalətdə son 24 saatda 33 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. O, Ərdəbildə son 24 saatda 1 nəfərin koronavirusdan öldüyünü deyib, lakin xəstəliyin qurbanlarının ümumi sayı haqqında məlumat verməkdən imtina edib.





Zəncan əyalətində isə rəsmi açıqlamaya görə, koronavirus infeksiyasına yoluxanların sayı 1186 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 6 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 132 nəfərə çatıb. Qızılbaş xəstəliyə yoluxanlardan 976 nəfərinin tam sağaldığını bildirib.





Güney Azərbaycanın Həmədan, Şərqi Azərbaycan və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamayıb.

Geri dön