Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Urmiya gölünün son vəziyyəti
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmiya gölünün son vəziyyəti

Urmiya gölünün son vəziyyəti


Göldə su səviyyəsinin azalmağa başlaması ilə Urmiya Gölü Bərpa Qərargahı mayın 28-dən etibarən gölün su səviyyəsi və həcmi ilə bağlı gündəlik statistikaların yayılmasını dayandırıb.





May 28-də verilən statistikaya əsasən, Urmiya gölündə su səviyyəsi azalaraq 1271.88 metr olub. Bu isə keçən il müvafiq dövr ilə müqayisədə 6 santimetr azdır.





Gölün su səviyyəsinin vəziyyəti ilə bağlı araşdırma uzunmüddətli orta səviyyə (ötən 40 il) ilə müqayisədə 2.22 metr azalmanın olduğunu göstərir.





Həmçinin Urmiya gölündə suyun həcmi 28 may tarixində 5 milyard 200 milyon kubmetr olub. Ötən ilin analoji dövrü ilə müqayisədə 200 milyon kubmetr, uzunmüddətli həcmlə müqayisədə isə 8.9 milyard kubmetr azalıb.





Gölün ərazisi isə hazırda 3224 kvadrat kilometrdir. Bu rəqəm keçən il ilə müqayisədə 46 kvadrat kilometrdir azalma göstərir.





Çirklənmiş suların Urmiya gölünə axması gölün suyunun keyfiyyətinin kəskin dərəcədə aşağı düşməsinə, göldə yaşayan artemia kimi canlıların məhv olmasına səbəb olur.





Qeyd edək ki, son illərdə Urmiya gölünə axan çayların üzərində 30-dan çox bəndin tikilməsi, eləcə də gölün üzərində suyunun sirkulyasiyasının qarşısını alan 14 kilometr uzunluğunda yolun salınması nəticəsində dünyanın 3-cü ən böyük duzlu gölü sürətlə qurumağa başlayıb.

Geri dön