Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Ermənistan terror dövlətidir və öz vətəndaşlarına da terrorun ənənəsini aşılayır
Ermənistan terror dövlətidir və öz vətəndaşlarına da terrorun ənənəsini aşılayır |
Azərbaycan Prezidenti İlham Əliyevin Tərtər Olimpiya İdman Kompleksinin açılışındakı nitqi əhatəliliyi, məzmunu və ən əsası aktuallığı ilə diqqət çəkir. Dövlətimizin başçısının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıq mətnli mesajlar, bəyanat xarakterli mükəmməl şərhlər o həqiqəti və məntiqi özündə ehtiva edir ki, Azərbaycan tərəfi mövcud problemin həlli istiqamətində öz prinsipiallığını davam etdirməyə israrlıdır və vandal ermənilər gec-tez işğal etdikləri torpaqlardan geri çəkilməli olacaqlar.
Bu sözləri açıqlamasında Milli Məclisin Regional məsələlər üzrə komitəsinin sədr müavini Elşən Musayev deyib. “Prezident İlham Əliyev çox haqlı olaraq erməni mahiyyətini faşist mahiyyəti ilə eyniləşdirdi”, - deyən deputat bildirib ki, həqiqətən də bu bir faktdır. Problemin kökü də elə məhz erməni zehniyyətinin faşist təfəkkürünə köklənməsindən qaynaqlanır. Onlar uzağı görmürlər, gələcəyi sezmirlər, beynəlxalq təşkilatların rəylərini qulaq ardına vururlar, BMT qətnamələrini icra etmirlər, məğlubiyyətə məhkum durumlarının fərqində deyillər. Hərgah, çoxdan fərqində olmalı idilər. Anlamalı idilər ki, bütün dünya onlardan üz döndərib, bütün planet onları Xocalı qatili kimi tanıyır, bütün regional layihələr onlardan yan keçir və onların son ünvanı uçurumun dibidir. “Ermənistan terror dövlətidir və terrorun mərkəzidir. Bu da, təbiidir ki, regionda təhlükə mənbəyi deməkdir. Yağı düşmən öz vətəndaşına da dövlətçiliyi deyil, terrorun ənənəsini aşılayır. Amma bunun başqa səbəbi də var. Ermənilərin axı heç vaxt dədə-baba torpağı olmayıb. Onlar axı dövlət anlayışını daim kimdənsə oğurladıqları torpaqlar üzərindən qavramağa, əxz etməyə çalışıblar. Onların axı terrordan, işğaldan savayı gördükləri yoxdur. Beləsinin dövlətçilik ənənəsi necə olsun, necə formalaşsın? Ermənistan şou göstərir, diqqət cəlb etməyə çalışır, Azərbaycanı bir şəkildə provokasiyaya çəkmək istəyir. Lakin anlamır. Çünki, o şouların dövranı artıq ötüb. Diqqət cəlb eləmək məsələsində də gecikiblər. Olsa-olsa, onlar Avropa Şurasında özləri kimi bir iki riyakarın diqqətini cəlb edə bilərlər, vəssalam”, -deyə E.Musayev vurğulayıb. Deputat provokasiya mövzusunun da bir cəfəngiyat kimi qiymətləndirib. Bildirib ki, Azərbaycan ağılla, məntiqlə idarə olunan ölkədir. Hansı addımı nə zaman atacağını da özü gözəl bilir. Müharibə qərarı verilsə, bu kimsədən soruşulmayacaq və kimsənin provokasiyası da həmin qərarın verilməsində katalizator rolunu oynaya bilməz. “Münaqişənin nizama salınması üçün danışıqlar davam etdirilir. Azərbaycan tərəfinin bütün cəhdləri, addımları o məntiqə köklənib ki, problem sülh şəraitində öz həllini tapsın, qan tökülməsin, müharibə, insan itkisi olmasın. Amma təbii, alternativ yol da daim gündəmdədir. Danışıqlar nəticə verməsə, həmin alternativ mütləq dövriyyəyə girəcək. Azərbaycan öz tarixi torpaqlarını erməni işğalından mütləq azad edəcək, - deyə Elşən Musayev əminliyini ifadə edib. Geri dön |